Məlum olub ki, süfrədə duzdan istifadə ilə mədə xərçəngi arasında qorxulu əlaqə var. Duz istifadə edən insanların mədə xərçənginə tutulma ehtimalı, istifadə etməyənlərə nisbətən yüzdə 41 faix daha çoxdur.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Vyana Tibb Universitetində çalışan alimlər Böyük Britaniyada 471 144 nəfərlə araşdırma aparıblar. Bu araşdırmanın məqsədi süfrədəki yeməyə duz əlavə etmək ilə mədə xərçəngi arasında əlaqənin olub olmadığını anlamaq olub. Tədqiqat ortaya mühüm nəticələr qoyub.
Tədqiq olunan məlumatlar nəticəsində süfrə başında yeməklərinə duz əlavə edənlərin duz əlavə etməyənlərlə müqayisədə mədə xərçənginə 41 faiz daha çox meylli olduğu müəyyən edilib. Belə tədqiqatlar daha əvvəl Asiya ölkələrində aparılıb və qidaya duz əlavə etmək ilə mədə xərçəngi arasında əlaqə aşkar edilib. Yeni araşdırma bunun Asiya ölkələrinə xas bir vəziyyət olmadığını və dünyanın harasında olmağınızdan asılı olmayaraq duzun təhlükəli olduğunu ortaya çıxarıb.
Alimlər onların işinin vacib olduğunu, lakin bəzi məsələlərin gözdən qaçdığını bildiriblər. Bu mövzuda; Tədqiqata daxil olan şəxslərin ətraflı qidalanma məlumatları nəzərə alınmayıb. Bundan əlavə, cins, etnik mənsubiyyət və siqaret kimi şərtlər bu araşdırmaya daxil edilməyib. Mütəxəssislər duzun mədə xərçənginə səbəb olan amillərdən yalnız biri olduğunu vurğuladılar.
Mədə xərçəngi son illərdə əhəmiyyətli dərəcədə artmağa başlayan bir xəstəlikdir. Əslində, dünyada ən çox diaqnoz qoyulan ilk beş xərçəng növündən biridir. Digər tərəfdən; Araşdırmalara görə, ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrdə mədə xərçənginə tutulma ehtimalı son vaxtlar “həyəcanverici” həddə çatıb. Bu araşdırma mədə xərçənginə səbəb olan amillərdən birini üzə çıxarıb.
Qadir, Bizimyol.info






