Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollandiya “Eurovision-2024”ün final yarışmasından kənarlaşdırılıb
Hollandiya “Eurovision-2024”ün final yarışmasından kənarlaşdırılıb

“Eurovision-2024” Mahnı Müsabiqəsinin finalına saatlar qalmış Hollandiyanı təmsil edən Joost Kleinin müsabiqədən kənarlaşdırıldığı açıqlanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, “Eurovision” təşkilatçıları tərəfindən verilən açıqlamada Hollandiya təmsilçisi Kleinin komanda üzvünə qarşı davranışının “müsabiqə qaydalarının pozulması” kimi qiymətləndirildiyi bildirilib.

Açıqlamada Kleinin final yarışmasından diskvalifikasiya edildiyi bildirilib: "Biz yarışmada bütün işçilər üçün etibarlı və təhlükəsiz iş mühiti təmin etməyə sadiqik", - deyə qeyd edilib.

İsveçin Malmö şəhərində keçiriləcək final yarışı öncəsi dünən keçirilən mətbuat konfransında polşalı jurnalist İsrail təmsilçisi Eden Qolana, "tədbirdə iştirak etməklə digər iştirakçılar üçün təhlükəsizlik riski yaratdığını düşünüb-düşünmədiyi" sualını verib.

Bunun üzərinə isveçli aparıcı Jovan Radomir dərhal işə qarışaraq Qolana "sualı cavablandırmaq məcburiyyətində olmadığını" söyləyib və Hollandiya təmsilçisi Joost Klein yüksək səslə: "Niyə də yox?", - deyib.

“Eurovision” Mahnı Müsabiqəsində Belçika, Portuqaliya, İngiltərə, İrlandiya, İsveçrə, Norveç, Danimarka, Litva, Finlandiya və San-Marinonu təmsil edən sənətçilər "Qəzzada dərhal və davamlı atəşkəsə" çağırıblar. Bir çox Avropa ölkələrindən müxtəlif qruplar İsrailin Qəzzaya hücumlarına görə “Eurovision” Mahnı Müsabiqəsində iştirakının qadağan edilməsini tələb etmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »