Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim vaxtımızda"... İndiki mahnıların keçmişdəkilər qədər təsirinin olmamasına səbəb nədir?
"Bizim vaxtımızda"... İndiki mahnıların keçmişdəkilər qədər təsirinin olmamasına səbəb nədir?

Etiraf edək ki, günümüzün hit mahnıları qulağımızı ləzzətləndirir, amma nədənsə köhnə mahnıların dadı yoxdur, elə deyilmi? Hətta bu fenomenin də elmi izahı var... Deməli, bu vəziyyəti düşünən tək siz deyilsiniz!

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, əvvəllər böyüklərimiz qulaq asdığımız mahnıları tənqid edirdilər, hə? Çünki onların dediyinə görə bizim dinlədiklərimiz onların dövrü ilə müqayisədə solğun idi.

Ancaq yaşlandıqca nə demək istədiklərini daha yaxşı anladıq... Sözügedən mövzu əslində həqiqəti əks etdirir. Bəs necə?

Son araşdırmalar göstərir ki, populyar musiqi son 50 ildə nəzərəçarpacaq dəyişikliklərə məruz qalıb

Yeni araşdırmaya görə, populyar mahnı sözləri getdikcə daha sadə və təkrarlanır. İnnsbruk Universitetindən doktor Eva Zangerle bugünkü mahnıların daha çox qafiyəli sətirlərə və xorlara malik olduğunu aşkar edib.

Onun beş ən məşhur ingilis musiqi janrında müşahidə etdiyi bu tendensiya həm də musiqi dinləmə vərdişləri, platformalar və istehsaldakı dəyişikliklərlə bağlıdır.

Dr Zangerle və komandası 1970-2020-ci illər arasında buraxılmış 353.320 tanınmış mahnının sözlərini tərtib edib

Mahnıların sözlərində təkrarlanan sözlər, emosionallıq, anlaşılanlıq və leksik zənginlik kimi əsas linqvistik xüsusiyyətləri müəyyən etmək üçün maşın öyrənmə üsullarından istifadə etdilər. Daha sonra onlar bu xüsusiyyətləri illər üzrə müqayisə etmək üçün 12.000 mahnıdan ibarət təmsilçi alt dəstdə əlavə modellər yaratdılar.

Araşdırmalar göstərir ki, illər ərzində təkrarlanan sözlər ikiqat artıb

O da məlum olub ki, indiki mahnılar keçmişlə müqayisədə daha çox neqativ emosiyaları ifadə edir və şəxsi xarakter alır. Xülasə, indi mahnının ritmi və nəqəratı sözlərdən daha qabarıq görünür. Xüsusilə son zamanlar tənqid olunan rep mahnılarının sözləri məhz buna görə əslində böyük müzakirə yaradır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »