Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sosial şəbəkədə "zəngin" həyatını təbliğ edən "məqsədli" qrup nümayəndələrinə qarşı tədbir görülür" - Video
"Sosial şəbəkədə "zəngin" həyatını təbliğ edən "məqsədli" qrup nümayəndələrinə qarşı tədbir görülür" - Video

Son zamanlar sosial şəbəkələr homoseksuallıq sözün əsl mənasında təbliğ edilir. Onlar daha "yaxşı" yaşadığı, onların daha çox gəlir qazandığı və bahalı geyimlər geyinib lüks evlərdə yaşaması göstərilir. Maraqlısı budur ki, insanlarımız da onlara maraq göstərir və yüksək dərəcədə "mükafatlandırırlar".

Bəs bu şəxslərin təbliği cəmiyyəti, xüsusilə gənc və yeniyetmə oğlan uşaqlarını elə həyata meylləndirməzmi?

Bu barədə Bizimyol.info xəbər portalına Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov müsahibəsində bildirib ki, homoseksuallıq anadangəlmə bir haldır.

Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov / Foto: İradə Cəlil, Bizimyol.info Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov / Foto: İradə Cəlil, Bizimyol.info

“Ana bətnində olanda dölün qüsurları olur və bu səbəbdən də həmin uşaq homoseksual doğulur. Kimsə “TikTok” platformasında hansısa homoseksual şəxsin videosuna baxandan sonra özü də homoseksual ola bilməz. Bu, mümkün olan bir şey deyil. Düzdür ki, onlara çoxsaylı insan baxır. Bu zaman alim, elm adamı diqqətdən kənarda qalır.

Şəxs anadangəlmə kişi doğulubsa, ömrünün axırına qədər kişidir. Şəxs necə doğulubsa, o cürdür. Yəni sonradan homoseksual olmaq qeyri-mümkündür”-deyən həkim bildirib ki, istənilən tərbiyəsizlik əxlaqa toxunur.

Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədovun homoseksuallıq haqqında müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »