2017-ci ildə Türkiyədən qanunsuz olaraq çıxarılaraq İngiltərədə satışa çıxarılan Osmanlı xəttatlıq məktəbinin banisi, məşhur xəttat Şeyx Həmdullahın oğlu Mustafa Dədənin XVI əsrdə əl yaz ilə yazdığı Qurani-Kərim vətənə qayıdıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabından “Min aydan daha xeyirli olan Qədr gecəsi öncəsi müjdəmiz var” açıqlaması ilə xəbəri açıqlayıb.
Ərsoy 2017-ci ildə Türkiyədən qanunsuz olaraq çıxarılaraq İngiltərədə satışa çıxarılan Qurani-Kərimin Türkiyəyə geri gətirildiyini bildirib: “Osmanlı xəttatlıq məktəbinin banisi, xəttat Şeyx Həmdullahın oğlu Mustafa Dədənin köçürdüyü mushafı Türk və İslam Əsərləri Muzeyimizdə sərgiləyəcəyik”, - deyə bildirib.
Ersoy belə davam etdi: “XVI əsrin əvvəllərində yazılmış bu mushaf, xəttatlıqda “vəssale” olaraq təyin etdiyimiz texnika ilə yazılı hissələrin fərqli bir kağıza yapışdırılaraq hazırlanması ilə diqqət çəkir. Qurani-Kərimin çox diqqətli təqib prosesindən sonra ölkəmizə qaytarılmasında əməyi olan hər kəsə və bütün qurumlara ürəkdən təşəkkür edirəm.
Bu mushaf kimi bir çox dəyərli əsərlərimizi görmək üçün hər kəsi Türk və İslam Əsərləri Muzeyimizə dəvət edirəm. Qədr gecəmiz mübarək olsun”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info






