Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyənin müdafiə sənayesinin rəsmi nümayəndəsinin Bakı səfəri bu sahədə münasibətləri genişləndirəcək"
"Türkiyənin müdafiə sənayesinin rəsmi nümayəndəsinin Bakı səfəri bu sahədə münasibətləri genişləndirəcək"

Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün Azərbaycana səfər edəcək. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər 1-2 aprel tarixlərində baş tutacaq. Səfər çərçivəsində Haluk Görgünün Azərbaycanın müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüşü nəzərdə tutulub.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgünün Azərbaycana səfəri öncədən planlanıb. Səfər Azərbaycan-Türkiyə müdafiə sənayesinin planına uyğun olaraq və mövcud münasibətləri nəzərə alaraq, bu münasibətləri genişləndirmək müştərək fəaliyyət göstərmək məqsədilə həyata keçirilir. Eyni zamanda bu Azərbaycan prezidenti Cənab İlham Əliyevin Azərbaycanın müdafiə sənayesinin qarşısında qoyulan tapşırıqlardan da irəli gəlir.

Şair Ramaldanov Şair Ramaldanov

“Azərbaycan ordusunun Türkiyə modelinə uyğun qurulması istiqamətində işlərin yekunlaşmasına doğru gedir. Qardaş ölkənin hərbi və yaxud da müdafiə sənayelərin bir-birinə inteqrasiya və bu istiqamətdə də biri-birinə yaxınlığının əhəmiyyəti böyükdür, eyni zamanda iki qardaş ölkənin silahlı qüvvələri Azərbaycan və Türkiyə müdafiə sənayesi məhsulları ilə təmin etmək məqsədi daşıyır. Türkiyənin yüksək vəzifəli şəxsi, müdafiə sənayesinin rəhbərinin Azərbaycana gəlişi beynəlxalq səviyyədə olan mesajdır”-deyən hərbi ekspert bildirib ki, bu Türkiyə qardaş ölkə olaraq, Azərbaycanın yanında hər zaman olduğunu və Azərbaycanla öz işlərini daha da inkişaf etdirdiyini, Azərbaycanın düşmənlərinə və yaxud Azərbaycana təzyiq göstərmək istəyən qüvvələrə bir mesaj olaraq qalır.

“Azərbaycan müdafiə sənayesi hal-hazırda ən müasir avadanlıqla təmin olunur. Azərbaycanın hərbi müdafiə sənayesində, istehsal olunan məhsullar həm daxili təlabat ödəyir. Həm də 20 ölkədən yuxarı ölkə ilə bizim müqaviləmiz var.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dediyi kimi artıq müdafiə sənayesi Azərbaycanın gəlir gətirən sənayesidir. Bunlar Azərbaycan Respublikası prezidentinin müdafiə sənayesinə və bu sahəyə olan diqqəti nəticəsindədir. Prezident öz andiçmə mərasimində bu mövzu haqda bildirdi ki, büdcədən 1 milyard vəsait ayırması müdafiə sənayesinin inkişafında özəl sektorun da iştirak etməsi ilə bağlı fikirlərini söyləmişdi. Özəl sektorun iştirakı ilə bağlı Türkiyədə çox böyük təcrübə var. Orada məhsulların istehsalında özəl sektor aktiv iştirak edir. Özəl sektorun müdafiə sənayesində iştirakı və investisiya qoyması nəticəsində, Türkiyənin müdafiə sənayesi qısa bir zamanda çox böyük inkişaf əldə edib”-deyən Şair Ramaldanov bildirib ki, bu baxımdan da Azərbaycan üçün Türkiyə müdafiə sənayesi idarəsinin rəhbərinin gəlməsi və burada Türkiyədə olan Türkiyə müdafiə sənayesinin özəl sektorunun iş prinsipləri və təcrübəsini Azərbaycanla bölüşməsi ciddi əhəmiyyət daşıyır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »