Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gerçəklə saxtanı ayırd edə bilmədiyimiz süni intellekt dövrü...
Gerçəklə saxtanı ayırd edə bilmədiyimiz süni intellekt dövrü...

Dünyanın aparıcı texnologiya nəhəngləri süni intellektin (AI) inkişaf etdirilməsi yarışında olduğu halda, "OpenAI" şirkətindən tamamilə fərqli bir yenilik gəldi, süni intellektin gətirə biləcəyi neqativlərlə bağlı ekspertlərin qorxu tənqidinin dozası günü-gündən artır.

Bizimyol.info xəbər verir ki, "ChatGPT"nin tərtibatçısı "OpenAI", mətn əmrləri ilə real və yaradıcı səhnələr yarada bilən "Sora"nı elan etdi.

"OpenAI" tərəfindən edilən açıqlamada, insanların real dünya ilə qarşılıqlı əlaqə tələb edən problemləri həll etməsinə kömək edən modellər üzərində işlədiyi, fiziki dünyanı hərəkətdə başa düşmək və simulyasiya etmək üçün süni intellektə öyrətmək üçün çalışdığı bildirilib.

Açıqlamada "Sora"nın "mətndən videoya" süni intellekt modeli olduğu, istifadəçilərin istəklərindən asılı olaraq və vizual keyfiyyətini qoruyaraq bir dəqiqəyə qədər videolar yarada biləcəyi bildirilib.

Süni intellekt alətləri oyunlardan chatbotlara, tətbiqlərdən kod yazmağa qədər bir çox fərqli sahədə görünsə də, bu yeni "OpenAI" tətbiqi ilə biz real və saxta arasında fərq qoymağın getdikcə çətinləşəcəyi bir dövrə qədəm qoyduq.

Hazırda süni intellekt vasitələri ilə şəkillər, fotoşəkillər, səslər və mətnlər yaradıla bilir və bu yaradılmış məzmunların reallığı müzakirə mövzusu olub. Əslində, ötən dövrdə İngiltərədə məktəblərdə uşaqların süni intellektlə bir-birlərinin fotolarını yaradaraq zarafat adı altında “yaşıdları zorakılığı” ilə məşğul olması gündəmdə olan mövzuya çevrilmişdi.

Bundan əlavə, fırıldaqçıların süni intellektin təqlid etdiyi səslər və videolarla üsullarını şaxələndirməsi də müzakirələr arasında idi. İndi mətni realist videolara çevirən bu yeni proqramla süni intellektlə bağlı müzakirələrin daha geniş miqyasda böyüməsi uzaq bir ehtimal deyil. Texnologiyanın inkişafı, kompüter və süni intellekt sistemlərinin güclənməsi və şaxələnməsi həyatımızı xeyli asanlaşdıran bir inkişaf olsa da, reallığı ilə bundan sonra da müzakirələrin və fırıldaqların mərkəzində qalacaq kimi görünür.

Bütün bunlarla yanaşı, süni intellekt film, reklam, televiziya və rəqəmsal media sektorlarında çalışan operator kimi komandaların işini də təhdid edə bilər. Kinematoqrafçılar birliyi IATSE gələn ay kinorejissorlarla danışıqlara başlayacaq və burada süni intellekt, xüsusilə "Sora" kimi yeni vasitələrin təsiri müzakirə olunacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »