Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin "altını üstünə çevirən" zəlzələdən 1 il ötür...
Türkiyənin "altını üstünə çevirən" zəlzələdən 1 il ötür...

6 fevral 2023-cü il, düz 1 il əvvəl bu gün saat 04.17-də baş verən 7,7 bal gücündə zəlzələ 11 şəhəri dağıntı qalaqlarına çevirdi. Həmin bölgədə sonuncu belə zəlzələ 1114-cü ildə, son zəlzələ Kahramanmaraşda olub. Bu zəlzələ, 900 ildən artıqdır ki, gözlənilirdi və mütəxəssislərin diqqətini cəlb edirdi. Təəssüf ki, bu böyük zəlzələ nə ilk, nə də sonuncu idi.

Dünyada çox da rast gəlinməyən daha bir fəlakət baş verəcəkdi. İlk zəlzələdən 9 saat sonra saat 13.24-də 7,6 bal gücündə daha bir zəlzələ baş verdi. Bu iki çox böyük zəlzələ arasında 6,7 bal gücündə daha bir zəlzələ və çoxlu afterşoklar qeydə alındı. Fevralın 20-də saat 20.04-də mərkəzi Hatayda 6,5 bal gücündə daha bir zəlzələ baş verib. Bitməyən təkanlar başda Kahramanmaraş və Hatay olmaqla bölgədə dərin yaralara səbəb oldu. Keçən il bu gün baş verən zəlzələ nəticəsində 53 min 537 nəfər dünyasını dəyişib. 107 min 213 nəfər xəsarət aldı. Zəlzələ ümumi 11 əyalətdə 120 min kvadrat kilometr əraziyə təsir etdi. 14 milyon insan zərər çəkdi.

Türkiyə 4-cü səviyyə xəbərdarlıq etdi. Zəlzələdən sonra 93 ölkədən axtarış-xilasetmə qrupları iştirak edib. Dağılmış 38 min 901 binada axtarış,insanların sağ qaldığı müəyyən edilən 26 min binada axtarış-xilasetmə işləri aparılıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »