Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əsrin fəlakəti”nin ildönümündə zəlzələdən zərərçəkənlər küçələrdə gecələyib
“Əsrin fəlakəti”nin ildönümündə zəlzələdən zərərçəkənlər küçələrdə gecələyib

6 fevral 2023-cü ildə baş verən zəlzələlərin ildönümündə Hatay və Osmaniyedə vətəndaşlar küçələrdə gecələyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "trthaber"məlumat verib.

Sıx dumana bürünən Hatayın mərkəzi Antakya rayonunda vətəndaşlar axşam saatlarından etibarən Cümhuriyyət meydanına toplaşır. Ailəvi şəkildə meydana axın edən vətəndaşlara bəzi müəssisələr tərəfindən pulsuz çay təklif edilib. Qrup şəklində meydana toplaşan vətəndaşların bəziləri fevralın 6-na keçən gecə yaşadıqlarından danışır, bəziləri isə şam yandıraraq zəlzələdə həlak olanlara dualar oxuyurlar.

İskəndərun rayonunda vətəndaşlar küçələrdə od yandıraraq “zəlzələ gecəsini” anıblar. Vətəndaşlar xarabalığa çevrilmiş ərazilərə qırmızı qərənfillər qoyub, “unutmamışıq” yazılı pankartlar asıblar. Könüllülər küçədə vətəndaşlara çay, şorba və şiriniyyat təklif ediblər.

Mustafa Kamal səmtində çökən binanın dağıntılarının yerləşdiyi ərazidə atəş yandıraraq oturan Zahide Eren Mert faciəni yaşadıqları gecəni küçədə keçirmək istədiklərini söyləyib. Zəlzələdə çox sayda insanın həyatını itirdiyini bildirən Mert, belə ağrıların bir daha yaşanmamasını arzulayıb.

Süleyman Güçlü də 6 fevralı mütləq unutmayacaqlarını bildirib. Osmaniyedə bələdiyyə tərəfindən təşkil edilən anma proqramı əvvəli vətəndaşlar Raufbey rayonunda baş verən zəlzələdə dağılan Mətin Tamer Saytının qarşısına toplaşıb.

Bələdiyyə qrupları bölgədə qurulan soba ətrafında toplanan kütləyə yemək və çay təklif edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »