Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda kilsədə baş verən atışmaya görə 47 nəfər saxlanılıb
İstanbulda kilsədə baş verən atışmaya görə 47 nəfər saxlanılıb

Türkiyə polisi yanvarın 28-də kilsədə baş verən atışmada şübhəli bilinən 47 nəfəri saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

“Kilsəyə silahlı basqınla bağlı işin istintaqı çərçivəsində 30 ünvanda əməliyyat keçirilib, "İslam Dövləti" (İŞİD) ilə əlaqəsi ola biləcək biri Rusiya, biri Tacikistan vətəndaşı olmaqla 47 nəfər saxlanılıb”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər mühafizə şöbəsinə aparılıb, orada onlardan fövqəladə hadisədə iştirakları ilə bağlı sübutlar götürüləcək. "İstanbul əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin məskəni olub və bundan sonra da belə olacaq. Ölkəmizin əmin-amanlığını pozmağa çalışanlara heç vaxt imkan verməyəcəyik", - deyə Yerlikaya qeyd edib. O əlavə edib ki, ötən ilin iyun ayından bəri Türkiyədə İŞİD-ə qarşı 46 əməliyyat keçirilib.

Qeyd edək ki, hadisə yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm katolik kilsəsində baş verib. İki maskalı basqınçı ibadət zamanı atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl hücumda iştirak edənlərin 24 saat ərzində tutulacağına əmin olduğunu bildirib. Türkiyə prokurorluğu hadisə ilə bağlı rəsmi məlumatlardan başqa hər hansı məlumatın dərcinə qadağa qoyub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »