Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şuşa bəyannaməsində vurğulandığı kimi, Zəngəzur dəhlizinin açılması tarixi Türk torpaqlarını formalaşdıracaq"
“Şuşa bəyannaməsində vurğulandığı kimi, Zəngəzur dəhlizinin açılması tarixi Türk torpaqlarını formalaşdıracaq"

"Türkiyə-Naxçıvan-Azərbaycan bağlı bölgədə iqtisadi və siyasi fəallığı artırmaq üçün növbəti strategiyalardan biri də Türk Dünyasında ortaq Türk dilinin danışa bilməsini planlaşdırmaqdır. Beləliklə, uzunmüddətli perspektivdə həm birlik əldə olunacaq, həm də sosial-iqtisadi əlaqələr yüksələcək. Bu layihə ilə ilk növbədə Avropa, Türkiyə, Qafqaz və Rusiya ilə bağlı sosial-iqtisadi əlaqələr inkişaf edəcək. Daha sonra Hind və Atlantik okeanları ilə əlaqədar olaraq Avropa, Afrika və Amerika qitələrindən dəniz yolu ilə Süveyş kanalı və Cəbəllütariq boğazı ilə Aralıq dənizinə daxil olan məhsullar oradan dəmir yolu ilə İzmir Çandarlı və İstanbul vasitəsilə və ya Qara dənizə keçərək Trabzon və Hopa Limanları ilə Ərzurum və Qarsa çatdırıla bilər. Oradan da Qars-İğdır-Naxçıvan, ya da Qars-Tiflis-Bakı dəmir yolu ilə Pekinə gedəcək".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb. O, qeyd edib ki, bu xüsusiyyətlərə görə “Qitələrarası Dəniz və Dəmir İpək Yolu” xüsusiyyətini bu layihəyə aid etmək səhv olmaz. Ona görə də ediləcək marşrut yerli olsa da, onun təsiri beynəlxalq və ya qitələrarası olacaq.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Jeffrey D. Sacs tərəfindən 2014-cü ildə yazılan və 2019-cu ildə türkcəyə çevrilən "Davamlı İnkişaf Çağı" adlı elmi kitab araşdırmasında dünyada dəniz sahili olanların dəniz sahili olmayanlara nisbətən çox daha inkişaf etdiyi və sahili olmayan, lakin inkişaf etmiş olanların effektiv dəmir yolu şəbəkəsinə malik olması qeyd edilir. Bu baxımdan, Zəngəzur dəhlizi Qars-İğdır-Naxçıvan dəmir yolu xətti ilə açılsa və dəstəklənərsə, Türkiyə və Azərbaycan dəmir yolu ilə bağlı inkişaf imkanlarını, regional və dünya bazar potensialını daha çox paylaşa biləcəklər”-deyə Kərəm Qarabulud vurğulayıb.

İqtisadçı əlavə edib ki, Türkiyənin Türk Dünyası ilə yeganə quru əlaqəsi Naxçıvan Muxtar Respublikası ilədir. Qars-İğdır-Naxçıvan Dəmiryolu tamamlandıqda və Zəngəzur dəhlizi açıldıqda quru əlaqəsi ilə yanaşı, dəmir yolu xətti də olacaq. Beləliklə, bu əlaqə təkcə Türk Dünyası ilə deyil, Asiya və Avropanın dərinlikləri ilə də olacaq. Məlum olduğu kimi, dəmir yolu dəniz nəqliyyatından sonra ən sərfəli nəqliyyat sektoru üsuludur. Buna görə də xəttin açılması ilə regional, milli və beynəlxalq səviyyələrdə qiymət və təhlükəsiz daşıma asanlığı baxımından əhəmiyyətli qazanclar ortaya çıxacaq. Bu qazancları aşağıdakı kimi ümumiləşdirmək olar:

Zəngəzur dəhlizi və Qars-İğdır-Naxçıvan dəmir yolunun beynəlxalq əlaqələri "dəniz və dəmir ipək yolu" kimi təsvir edilə bilər. Çünki bu əlaqələrlə Hind və Atlantik okeanları, Süveyş kanalı və Cəbəllütariq boğazı, Xəzər dənizi, Qara dəniz, Mərmərə, Egey və Aralıq dənizi arasında dəmir yolu və avtomobil əlaqələri aktivləşəcək.

Zəngəzur dəhlizi Qars-İğdır-Naxçıvan-Bakı və Qars-Tbilisi-Bakı Dəmir Yolları ilə birlikdə Qarsa birləşdirilən "İki Qurulu Dəmir İpək Yolu"nun və Türkiyə-Azərbaycana birləşdirilən tarixi İpək Yolunun dövrün tələblərinə uyğun olaraq tamamlanması deməkdir. Zəngəzur dəhlizinin və Qars-İğdır-Naxçıvan-Bakı dəmir yolunun üstünlüyü isə, Naxçıvanın bura daxil olması, bir az daha yaxın olması və birbaşa Türkiyə-Azərbaycanla bağlı olmasıdır. Layihə, qitələrin yaxınlaşmasına və nəqliyyatın səmərəliliyinə əlavə töhfə verəcək. Avropadan Çinə kəsilməyən əlaqə ilə yanaşı, Rusiya ilə bölgə ilə Türkiyə arasında ticari əlaqələrin inkişafına da töhfə verəcək.

Qarabağın inşası zamanı az xərclə türk inşaat sənayesinin töhfəsini və qazancını artırmaqla yanaşı, Qarabağdakı istehsalın Türkiyə üzərindən Avropa ölkələrinə çatmasını təmin edərək ciddi bir sinerji yaradacaq. Bu xəttin tətbiqi ilə Türkiyə və Azərbaycanda xəttə yaxın yaşayış massivlərinə maraq və tələbat artacaq. Bu proses, xüsusilə COVID-19 prosesinin təsiri altında həyətləri olan bir mərtəbəli evlərdə yaşamaq istəyi və xəttin təmin edəcəyi ticarət və nəqliyyat imkanlarından asılı olaraq irəliləyəcək.

Xətt marşrutu üzrə məhsul Naxçıvan-Bakı-Aşqabad və hətta Çinə nəql oluna bildiyi üçün həm kənd təsərrüfatı, həm heyvandarlıq, həm də sənaye sektoru inkişaf edəcək. Deyirlər ki, yol sivilizasiyadır. Dəmir İpək Yolunun qollarından birini daha qısa marşrutla tamamlamaqla, marşrutdakı bütün ölkələrin elmi və mədəni əlaqələri sürətləndiriləcək.

Türkiyə ilə Azərbaycan arasında məhsul ticarəti və turizm fəaliyyətinin nəqliyyat xərcləri təxminən üçdə iki azalacaq. Beləliklə, xüsusilə Naxçıvan-Azərbaycan dəhlizinin açılması və Qarabağla bağlı turizm mobilliyi və ticarəti artacaq.

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin İğdır vilayətində "İğdır Sağlamlıq Azad Bölgəsi"nin yaradılması və beləliklə sağlamlıq turizminin hərəkətliliyi arta bilər. Azərbaycan və Türkiyənin dəmir yolu ilə Ağrı dağına çatmasını təmin etməklə, dağ turizminə regional və beynəlxalq təsirlər ortaya çıxacaq. Zəngəzur dəhlizinin və onunla əlaqəli Qars-İğdır-Naxçıvan dəmir yolunun tamamlanması Türkiyənin ən zəif inkişaf etmiş bölgəsi olan Şərqi Anadolu Bölgəsinin inkişaf səylərini dəstəkləyəcək. Bu layihələr reallaşarsa, Trabzon-Ərzurum-Təbriz və Culfa-Van kimi dəmir yolu əlaqələri uzunmüddətli perspektivdə ön plana çıxa bilər.

“Şuşa bəyannaməsində vurğulandığı kimi, Zəngəzur dəhlizinin açılması tarixi Türk torpaqlarının formalaşması və gələcək hədəflər baxımından mühüm məsələdir”-deyə Kərəm Qarabulud yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »