Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC Prezidenti Ersin Tatar Cənubi Kipr Rum Administrasiyasını enerji sahəsində əməkdaşlığa çağırıb
ŞKTC Prezidenti Ersin Tatar Cənubi Kipr Rum Administrasiyasını enerji sahəsində əməkdaşlığa çağırıb

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezident Ersin Tatar, Cənubi Kipr Rum Administrasiyasına (CKRA) müraciət edərək çağırışını təkrarlayıb: “Əməkdaşlıq edək, Türkiyə Cümhuriyyəti vasitəsilə Avropaya əlaqə bağlantısı yaradaq”.

Bizimyol.info xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezident Ersin Tatar Cənubi Kiprin Türkiyə üzərindən Avropaya enerji nəqlindən imtina etməsinin məntiqli və praktiki olmadığını ifadə edərək, bunu Yunanıstan vasitəsilə həyata keçirməyin həm baha başa gələcəyini, həm də çətin olacağını qeyd edib.

Prezident Tatar, çoxluğun federal əsasda azlığı idarə edəcəyi və Türkiyənin Şərqi Aralıq dənizindən tamamilə kənarlaşdırılacağı bir həlli təsdiq etməyəcəklərinin hər kəsə məlum olduğunu bildirib. KTTO-da keçirilən “Şərqi Aralıq dənizi Enerji Zirvəsi”ndə çıxış edən prezident Tatar, Şərqi Aralıq dənizindəki oyunun parametrlərinin indi dəyişdiyini və Aralıq dənizində potensialın ədalətli bölüşdürülməsini təmin edəcək düsturun ikili dövlət həlli yoldan keçdiyini vurğulayıb. Kiprdə iki ayrı xalq, iki ayrı dövlət və demokratiya olduğunu ifadə edən prezident Ersin Tatar, gün gəldiyində ŞKTC-nin tanınacağını, bu gün yaşanan iqtisadi və siyasi çətinliklərin bir qisminin Türkiyənin hər zaman verdiyi dəstəklə aradan qaldırılacağını söyləyib.

Prezident Tatar, dəniz hüququ və beynəlxalq hüququn ŞKTC-nin Şərqi Aralıq dənizinin vəd etdiyi potensialdan öz payını alması üçün əsas olduğunu vurğulayaraq, Şimali Kipr Türk Respublikası dövlətinin müstəsna iqtisadi zonası, kontinental şelf ilə birlikdə 462 min kvadrat kilometrlik hüququ olduğunu bildirib. O, ərazi suları, dəniz yurisdiksiyası əraziləri və Türkiyənin "Mavi Vətən"də bu hüquqların nə qədər böyük olduğunu göstərdiyini ifadə etdi.

Artıq Türkiyənin vizyonu ilə açılan Liviya dəhlizinin ŞKTC ilə birlikdə qiymətləndirildiyini, yeni xəritələr və balansların yaradılacağını və Cənubi Kiprin irəli sürməyə çalışdığı bəzi layihələrə maneə yarada biləcəyini ifadə edən Tatar, Yunan tərəfinin Aralıq dənizini bir "Yunan gölü" olaraq görməsi lazım olduğunu və Türkiyəni mühasirəyə almaq istədiyini ifadə edib. Prezident Tatar bildirib ki, Türkiyə tərəfinin bu məsələləri müxtəlif məhkəmələrə çatdırması və onların haqlarını qoruması vacibdir.

Kiprin neft və təbii qaz ehtiyatlarının böyük ölçülərə çata biləcəyi dünya ticarətinin kəsişməsində olduğunu vurğulayan Tatar, Cənubi Kiprin həyata keçirdiyi qazma işlərinin qeyri-qanuni olaraq davam etdiyini bildirib. Prezident Ersin Tatar, Kiprdə iki ayrı dövlətin olduğunu və onun zamininin Türkiyə olduğunu, Kipr Rum tərəfinin qazıntı işlərinin beynəlxalq hüquqa görə ŞKTC və Türkiyənin təsdiqinə tabe olduğunu, lakin hələ belə bir təsdiqin olmadığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »