Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk əsilli olduğu üçün ABŞ vətəndaşı prezidentliyə namizəd ola bilməyib
Türk əsilli olduğu üçün ABŞ vətəndaşı prezidentliyə namizəd ola bilməyib

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində Demokratlar partiyasından namizəd olmaq istəyən türk əsilli Cenk Uyğurun müraciəti rədd edilib.

Bizimyol.info xəbər verir ki, “Gənc Türklər” onlayn xəbər və şərh proqramının aparıcısı olan Uyğura pezident seçilərində iştirak etmək üçün müraciətinə, onun ABŞ-da doğulmadığı üçün bu ölkədə perzidentliyə namizəd ola bilməyəcəyi ilə bağlı rədd cavabı verilib.

Arkanzas ştatının rəsmisi Con Thurston Uyğurun ABŞ konstitusiyasında müəyyən edilmiş prezidentliyə namizədlik üçün "ən azı 35 yaşı və doğuşdan ABŞ vətəndaşı olan" kimi ifadənin ikinci şərtinə müvafiq olaraq "müraciət etdiyi vəzifəni tutmağa uyğun olmadığını" açıqlayıb. 8 yaşında ailəsi Türkiyədən ABŞ-a köçən Uyğur Nyu-Hempşir və Nevada ştatlarına da müraciət edib və eyni səbəbdən yenidən rədd edilib.

Uyğur bildirib ki, bu təcrübə ilə sonradan ABŞ vətəndaşı olan insanlara "ikinci dərəcəli vətəndaş" kimi yanaşılır: “Bu, Amerika cəmiyyətində təəssübkeşliyin ən son formasıdır və mən bütün varlığımla bununla mübarizə aparacağam", - deyib. Amerika Konstitusiyasının 14-cü maddəsinin onu prezidentliyə namizədlik hüququ verdiyini müdafiə edən Uyğur: "Öz ölkəmə aid olmadığımı qəbul etməyəcəyəm",- deyə vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »