Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC XİN: “Yunanıstan rəhbərliyi bölgədə sülh və təhlükəsizlik üçün təxribatlara son qoymalıdır”
ŞKTC XİN: “Yunanıstan rəhbərliyi bölgədə sülh və təhlükəsizlik üçün təxribatlara son qoymalıdır”

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Xarici İşlər Nazirliyi Cənubi Kipr Rum Administrasiyasının Metehan quru sərhəd qapısının qərbində yerləşən "Nerimanın evi" kimi tanınan boş binanın qarşısındakı mühafizə postlarına proyektor və kameralar quraşdıraraq təxribat xarakterli fəaliyyətlər həyata keçirdiyini açıqlayıb. Nazirlik regionda sülhün və təhlükəsizliyin davam etdirilməsinin Yunanıstan administrasiyasının təxribatçı hərəkətlərinə son qoyulması ilə mümkün olduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatı belədir:

“Son zamanlar Kipr Rum tərəfi mətbuat vasitəsilə ŞKTC dövlətinin adada gərginliyi artırmağı hədəflədiyi barədə yalan, qeyri-dəqiq və əsassız xəbərlər yaymağa çalışır. Yunan tərəfinin fərqli münasibət göstərməsi gözlənilməsə də, xalqımızın əmin-amanlığını poza biləcək bu cür yalan və böhtan xarakterli xəbərlər fonunda bu bəyanatın tərəflərə doğru məlumat çatdırmaq anlayışı ilə edilməsi zərurəti yaranıb.

Qeyd edilir ki, Lefkoşadakı Metehan quru sərhəd qapısının qərbində yerləşən "Nerimanın evi" kimi tanınan boş bina Şimali Kipr Türk Cümhuriyyəti ərazisində yerləşir.

"Cənubi Kipr Rum Administrasiyası uzun müddətdir ki, Şimali Kipr Türk Cümhuriyyəti ərazisindəki bu boş bina ilə üzbəüz mühafizə postlarına proyektor və kameralar quraşdıraraq təxribat xarakterli fəaliyyətlər həyata keçirir, bu və buna bənzər hərəkətlərlə bufer zonanın statusunu poza biləcəyinə dair səhv, yanlış fəaliyyətlə məşğul olur.

Yunan tərəfinin bu fəaliyyəti izlənilir və UNBG qarşısında həm hərbi, həm də mülki hakimiyyət orqanlarımız tərəfindən lazımi etirazlar edilir. Yunan tərəfinin bütün xəbərdarlıqlara baxmayaraq bu fəaliyyətini davam etdirməsi nəticəsində Şimali Kipr Türk Cümhuriyyəti də ərazisində qarşılıq prinsipinə uyğun olaraq lazımi tədbirlər görülməli olub.

Şimali Kipr Türk Cümhuriyyətinin ərazi bütövlüyünə qarşı heç bir pozuntuya və ya tamamlanma halına yol verməyəcəyimizi və bölgədəki bütün addımlarımızı qarşılıqlılıq çərçivəsində atmağa davam edəcəyimizi ictimaiyyətlə bildiririk.

Bölgədə sülh və təhlükəsizliyin davam etdirilməsinin Kipr Rum rəhbərliyinin təxribatçı hərəkətlərinə son qoyulması ilə mümkün olduğunu xatırladır, vurğulamaq istərdik ki, adada sülhün və təhlükəsizliyin qorunması üçün üzərimizə düşən işi layiqincə yerinə yetirməyə davam edəcəyik", - deyə qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »