Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
GameSummit Winter festivalı çərçivəsində AGDA-nın təşkilatçılığı ilə böyük biznes konfransı keçiriləcək
GameSummit Winter festivalı çərçivəsində AGDA-nın təşkilatçılığı ilə böyük biznes konfransı keçiriləcək

Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası (AGDA) GameSummit Winter festivalı çərçivəsində oyunların yaradılması və təbliğinə həsr olunmuş böyük biznes konfransı təşkil edir.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyasının təşkil edəcəyi konfransda həm Azərbaycanın oyun studiyaları, həm də beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcəklər. Electronic Arts (FIFA, Battlefield), iLogos (Angry Birds, Shadow Fight, Chess.com), eləcə də VFX sənayesi (Spiderman, Aquaman) sahəsində çalışan şəxslər konfransda çıxış edəcək. Metapro şirkətinin təqdimatında web3 və oyunlar haqqında danışacaq və tərtibatçılar üçün master-klass keçirəcək.

Gamesummit Winter Festivalı 9 dekabr 2023-cü ildə Flame Towers otelində keçiriləcək. Bu festival video oyun həvəskarları üçün yarışlarda iştirak etmək və oyun icmasını inkişaf etdirmək üçün əla fürsətdir.

Qeyd edək ki, Gamesummit Winter Festivalı sadəcə oyun yarışlarından ibarət deyil. Bu festival oyun mədəniyyətinin təntənəsidir, pərəstişkarlarına e-sports, ümumilikdə video oyunlara olan sevgini bölüşmək üçün platforma təklif edir. Gamesummit və AGDA Azərbaycanda oyun sənayesini inkişaf etdirməyi hədəfləyir, buna görə də hər bir müstəqil tərtibatçılar konfransda iştirak etmək və  öz oyunlarının demo versiyasından istifadə edərək bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcək.

Konfrans bütün VIP və Premium bilet sahibləri üçün açıqdır. Bütün əlavə məlumat, qeydiyyat təfərrüatları və tədbir cədvəli festivalın rəsmi gamesummit.ai saytında mövcud olacaq.

Son xəbərlər
Bütün xəbərlər »