Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin avtomobilləri sərgisinin vaxtı dəyişdirildi: 29-30 sentyabr və 1 oktyabr tarixlərində keçiriləcək
Çin avtomobilləri sərgisinin vaxtı dəyişdirildi: 29-30 sentyabr və 1 oktyabr tarixlərində keçiriləcək
22-24 sentyabr 2023-cü il tarixində «Park Bulvar» ticarət və əyləncə mərkəzində keçirilməsi nəzərdə tutulan «China Auto Fest 2023» Çin maşınları festivalının vaxtı dəyişdirilib.

Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası-nın (AADA) direktoru Eyyub Əliyev öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Eyyub Əliyev qeyd edib ki, ölkəmizdə yaşanan son hadisələr və "həssas dönəm" ilə əlaqədar, tədbir 1 həftə sonraya, yəni 29 sentyabr (bugün), 30 sentyabr (sabah) və 1 oktyabr tarixlərinə keçirilib.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı «China Auto Fest 2023» tədbirinin rəsmi media tərəfdaşıdır.

Son xəbərlər
Bütün xəbərlər »