Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Ermənistan verdiyi vədləri yerinə yetirmədi”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Ermənistan verdiyi vədləri yerinə yetirmədi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasındakı münasibətlərə toxunub.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti təəssüflə bildirib ki, Ermənistan bu tarixi fürsəti dəyərləndirməyib:

“Azərbaycan və Ermənistan arasındakı danışıqları sona qədər dəstəklədik. Ancaq Ermənistan bu tarixi fürsəti lazımı qədər dəyərləndirə bilmədiyinə şahid olduq. Ermənistan verdiyi sözlətin arxasında dayanmadı. Onun bunu hər tərəfli düşünməyə vaxtı və imkanı oldu. Ancaq onlar Zəngəzur Dəhlizinin açılması da daxil olmaqla heç bir vədinə əməl etmədilər.

Artıq dünyada hər kəsin, hətta Ermənistanın da qəbul etdiyi kimi Qarabağ Azerbaycan toprağıdır. Buraya hər hansı bir statusun verilməsi barədə danışmaq belə yersizdir. Bölgədə terror hadisələri baş verir. Azərbaycan dövlət sərhədləri çərçibəsində törədilən bu hadisələrin qarşısını almaqda tam hüquqa sahibdir.

Biz “Bir millət, iki dövlət” şüarıyla hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı bütün adımları dəstəkləyirik. Bununla bağlı məsuliyyətimizi qəbul edir Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror hadisəsini pisləyir və bölgədə sülhün, sabitliyin tezliklə bərpa olunmasını istəyirik”, - deyə Türkiyə Prezidenti bildirib.

Qadir Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »