Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda iştirak etmək üçün Vladivostoka səfər edib. O qatıldığı tədbirdəki çıxışı zamanı maraqlı bəyanatlar verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.
Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) deyib ki, Ermənistan rəhbərliyi faktiki olaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.
"Məsələ təkcə münaqişənin son nəticələrində deyil, məsələ ondadır ki, Ermənistan rəhbərliyi mahiyyət etibarı ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb. Və Praqa bəyanatlarında bunu sadəcə kağıza köçürürlər", -o qeyd edib.
Putinin bildirib ki, indi Azərbaycan prezidenti İlham Əliyev birbaşa deyir ki, Qarabağın statusu məsələsi artıq məsələ deyil, həll olunub. “Ermənistan rəhbərliyi isə bunu açıq şəkildə bəyan edərək, 1991-ci ilə qədər bütün əraziləri Azərbaycan SSR çərçivəsində hesablayıb, Qarabağın da daxil olduğu rəqəm səsləndirərək həmin ərazi çərçivəsində Azərbaycan suverenliyini tanıdığını elan edib, bu baş verib. Bu, bizim qərarımız deyil, bu, indiki Ermənistan rəhbərliyinin qərarıdır”, - deyə Rusiya dövlətinin başçısı bildirib.
O, Rusiyanın regiondakı mövqeyi ilə bağlı Azərbaycanın mövqeyinin indi necə səsləndiyini də açıqlayıb.
“Əgər belədirsə, bizə deyirlər ki, indi siz Qarabağla bağlı nəsə etmək istəyirsinizsə, bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisiniz. Yaxşı, nə deyə bilərik? Burada deyiləcək bir şey yoxdur. Əgər Ermənistan özü Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıbsa, bizə nə lazımdır? Vəya bizdən nə istəyirlər”, - deyə Putin təəccübləndiyini bildirib.
Eyni zamanda, o, davam etdərək deyib ki, bu kontekstdə humanitar komponent və Rusiya sülhməramlılarının regionda qalmaq mandatı ilə bağlı suallar yaranır.
“Mandat hələ də qüvvədədir. Amma humanitar xarakterli məsələlər, orada hər hansı etnik təmizləmənin qarşısının alınması, təbii ki, aradan qalxmayıb. Mən bununla tamamilə razıyam. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi bizə dedikləri və indi də deyirlər, heç bir etnik təmizləmənin aparılmasında maraqlı deyil.
Üstəlik, əksinə, biz bu prosesin yumşaq şəkildə baş verməsində maraqlıyıq”, - Rusiya lideri qeyd edib.
Putin qeyd edib ki, Moskva Qarabağ münaqişəsinin həlli üçün öz variantlarını təklif edib. O xatırladıb ki, Ermənistan məşhur Ermənistan-Azərbaycan münaqişəsindən sonra öz nəzarətinə götürdüyü yeddi rayona nəzarət edirdi.
“Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon - Kəlbəcər və Laçın faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Və bütün Qarabağ. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz on il ərzində Ermənistan rəhbərliyini razı salmağa çalışdıq”, - deyə Rusiya Prezidenti bildirib.
"Müxtəlif variantlar müzakirə edildi, amma son nəticədə hər şey bu cür oldu. “Nə edəcəksən?” sualımıza belə cavab verdilər: "Biz döyüşəcəyik". Biz də məcburən razılaşdıq", - Putin Ermənistan rəhbərliyi ilə dialoqlarını təsvir edib. “Sonda hər şey bu gün yaranmış vəziyyətə gəldi”, - deyə o əlavə edib.
Moskvanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) guya İrəvana kömək etmədiyi, Qarabağda humanitar fəlakətin baş verdiyi barədə bəyanatlara cavab olaraq Putin qeyd edib: “Əgər Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, o, belədir. Nədən danışırıq? Bu, bütün problemin əsas komponentidir. Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem budur”, - deyə o qeyd edib.
Bizimyol.info






