Balıqçıların bəxti gətirmədi: elm adamları müəyyən etdilər ki, istiləşmə istiqamətində iqlim dəyişikliyi dərin dəniz sakinlərinin ölçüsünü azalmasına səbəb olub. Tədqiqatçılar onu da bildirirlər ki, bu, az da olsa, ümumilikdə bütün vəhşi heyvanlara və bitkilərə aiddir.
Bizimyol.info xəbər verir ki, Şotlandiyanın Sent-Endryus Universitetinin alimləri Almaniya, Kanada, İsveç və ABŞ-dan olan həmkarları ilə birgə bu tendensiya haqqında yazıblar. Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.
Bildirilir ki, 1960-cı ildən bəri müxtəlif növlər haqqında məlumatların yer aldığı "BioTIME" məlumat bazası təhlil edilib. Ümumilikdə dörd mindən çox məməlilər, onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər və bitkilər öyrənilib.
Nəticədə ən çox dəniz balıqlarının bədən ölçüsünün azldığı müəyyən edilib. Oxşar tendensiyalar bəzi bitki və onurğasız növlərində də qeydə alınıb. Eyni zamanda, tədqiqatçılar qeyd edirlər ki, Arktika bitkilərinin ölçüsü artıb.
O da bildirilir ki, populyasiyalar daxilində orta bədən ölçüləri dəyişib, lakin icma səviyyəsində kiçik və böyük bədənli növlərin sayı dəyişib. Okean biokütləsi ümumiyyətlə sabit qalıb.
Bədən ölçüsündə dəyişikliklərin 10 faizi ötdüyü qeyd olunur. Alimlər bu dəyişiklikləri qlobal istiləşmə ilə əlaqələndirirlər.
Qadir, Bizimyol.info






