Sürətlə artan insan sayının yaratdığı yüzlərlə problemdən biri də ölüləri basdıra biləcəyimiz yerlərin dolmasıdır. Əslində bu vəziyyət o həddə çatıb ki, ən geci 2050-ci ilə kimi qəbiristanlıqlarda yer qalmayacaq. Bu, qorxu filmi ssenarisinə bənzəyir, elə deyilmi?
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər gün milyonlarla insan doğulur, milyonlarla insan ölür. 2040-2045-ci illər arasında 141 milyon yeni körpənin doğulacağı təxmin edilir. Hər il təxminən 57 milyon insan ölür. Belə olan halda, ölüləri harada basdıra biləcəyimiz problemi ortaya çıxmağa başlayır. Hətta bəzi ölkələr bu problemin qarşısını almaq üçün işlərə başlayıblar.
Öüləri basdırmağa yer olmazsa nə edəcəyik?
Biz bir növ olaraq ölüləri basdıran yeganə canlılarıq. Fillər kimi bəzi heyvanlar da, ölüləri üçün ayinlər edə bilər, lakin heç bir canlı insanlar kimi dəfn etmir. Digər növlər təbiətdə ya gübrə olur, ya da başqa heyvanlar üçün qidaya çevrilir. İllərdir biz bir növ ritual olan dəfn üsuluna üstünlük vermişik.
Bəs qəbirstanlıqlar dolarsa, biz nə edə bilərik?
Mütəxəssislərin fikrincə, yer üzündə qəbiristanlıqlar üçün kifayət qədər yerimiz yoxdursa, mövcud qəbiristanlıqları təkrar emal edə bilərik. Biz köhnə məzarların üstündə yeni dəfnlər etməklə yerə qənaət edə bilərik. Əslində, bu üsul indi Almaniyada istifadə olunur. Ailələr eyni məzarda dəfn oluna bilər… Eyni ailənin üzvləri bir-bir vəfat etdiyinə görə, onlar bir-birinin ardınca əvvəllər vəfat etmiş ailə üzvləri ilə eyni yerlərdə dəfn oluna bilərlər. Əslində bu üsuldan hazırda Yunanıstan və İspaniya kimi yerlərdə istifadə olunur.
Çoxmərtəbəli türbələrin sayını artırmaq olar….
Qüds kimi yerlərdə istifadə edilən laylı qəbirlər yerin 22 mərtəbəsinə qədər çata bilir. Ölüləri torpağın dərinliklərində basdırırlar ki, onların üstündə başqa adamlar dəfn olunsun. Bu üsul bir neçə ölkə ilə məhdudlaşmayıb, başqa ölkələrdə də geniş yayılsa, dəfn yeri probleminin qarşısını almaq olar.
Kremasiya ən təsirli həll yolu kimi görünür, lakin bu təcrübə hər din və ənənə üçün uyğun deyil. Təbii ki, hər il ölən 57 milyon insanın heç də hamısı dəfn olunmur. Bəziləri yandırılır, bəziləri mumiyalaşdırılaraq saxlanılır... Yenə də 57 milyon kimi ciddi rəqəmi nəzərə alsaq, dəfn olunanların sayı və onların dəfn ediləcəyi yerə ehtiyac danılmazdır. Xüsusilə, İngiltərədə istifadə edilən kremasiya ritualı ölənlərin 78 faizinə tətbiq edilir. Yandırılan cəsəddən qalan kül ya mərhumun yaxınları tərəfindən saxlanılır, ya da dinc olacağını düşündükləri yerə səpələnir. Ancaq bu tətbiq zamanı ətraf mühitə atılan karbon qazının Yerə ciddi ziyanı var. Beləliklə, məkan baxımından mənalı olsa da, çox davamlı bir üsul deyil.
İlahin, Bizimyol.info






