Fransadan Azərbaycanın iqtisadi zonası olan Qarabağda yaşayan erməni əsilli sakinlərə humanitar yardım aparan 10 yük maşınından ibarət karvan Yerevandan Laçın rayonu istiqamətində hərəkətə başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistam mətbuatı məlumat verib.
Qeyd edək ki, humanitar karvan bu gün - avqustun 30-da səhər İrəvanın Respublika meydanından yola salınıb.
Yük maşınlarının üzərində Fransanın hansı bölgələrinin Qarabağa iqtisadi rayununda yaşayan ermənilər üçün humanitar yardım topladığı barədə məlumatların əks olunduğu plakatlar var.
“Gumconvoy” iyulun 26-dan işlək vəziyyətdə olan və Azərbaycanın qadağasına görə Laçın dəhlizindən keçə bilməyən (Ermənistan Respublikasının hakimiyyət orqanları tərəfindən Qarabağ üçün göndərilib) humanitar yük daşıyan maşınların karvanına qoşulacaq.
İrəvandan gələn humanitar karvanla Fransa nümayəndə heyəti də Paris meri Ann Hidalqonun da daxil olduğu Kornidzora göndərilir. Ermənistan tərəfi iddia edir ki, ötən ilin dekabrından Laçın dəhlizi bağlanıb, bunun nəticəsində Qarabağda son dərəcə ağır humanitar vəziyyət yaranıb. Onlar təbliğ edirlər ki, guya iyunun 15-dən Qarabağın sakinləri tam blokadadadır. Beynəlxalq Qıqmızı Xaç Komitəsinin vaxtaşırı Qarabağdan Ermənistan Respublikasına xəstələrin daşınmasını təşkil etməyə nail oluğunu iddia edirlər.
Qeyd edək ki, dünən - avqustun 29-da Azərbaycan öz sakinləri olan Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli insanlara hümanitar yardım edib. bakıdan Beynəlxalq Qıqmızı Xaç Komitəsinin iştirakı ilə 40 tondan artıq un və un məmulatı Xankəndi şəhərinə göndərilib. Lakin erməni mətbuatı və onların sosial şəbəkə aktivləri bu yardımın qəbul olunmayacağını yazıblar. Onlar: "Bizim bu yardımlara ehtiyacımız yoxdur", - deyə paylaşımlar ediblər.
Qadir, Bizimyol.info






