Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gündəlik həyata təsir edəcək qədər diqqət çəkən əl titrəmələrinin səbəbləri nələrdir?
Gündəlik həyata təsir edəcək qədər diqqət çəkən əl titrəmələrinin səbəbləri nələrdir?

Hamımız vaxtaşırı əl titrəmələri yaşayırıq və bu, ümumiyyətlə, normal hesab olunur. Ancaq bu vəziyyət getdikcə artırsa, gündəlik həyatınıza təsir edəcək bir nöqtəyə gəlirsə, problem ola bilər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, yaşınızdan asılı olmayaraq, müxtəlif vəziyyətlərə görə bədəninizdə və xüsusən də əllərinizdə qeyri-iradi titrəmələr ola bilər. Ümumiyyətlə, əllərin titrəməsi normal sayılır və dərhal narahatlığa səbəb olmur. Ancaq əl titrəməsi artıbsa, həyat keyfiyyətinizə təsir edə bilərsə və bununla yanaşı başqa simptomlar da varsa, o zaman problemə çevrilə bilər.

Əl titrəməsi çox vaxt öz-özünə yaranır və öz-özünə keçir. Ancaq bəzi hallarda buna səbəb xəstəliklər və nevroloji problemlər ola bilər.

İnsan bir əşyadan istifadə etdiyi zaman əl titrəməsini daha çox hiss edir.

Əl titrəməsi nədir?

Tremor bir insanın bədəninin onun nəzarətindən kənar bir hissəsinin qeyri-ixtiyari hərəkətidir. Ən çox görülən titrəmə əl titrəməsidir. Çox vaxt insan su içərkən və ya ayaqqabılarını bağlayarkən sadə bir hərəkət edərkən diqqət çəkir. Bu, bir çox müxtəlif xəstəliklərin əlaməti ola bilər.

Əl tremorunun normal hesab edildiyi bəzi vəziyyətlər: Yaşla inkişaf edən əl titrəməsi, stressli, yorğun, narahat, qəzəbli hiss etdiyiniz vəziyyətlərdə, çay, qəhvə, kola kimi tərkibində kofein olan içkilərin qəbulundan sonra, siqaretdən sonra, çox isti və ya çox soyuq bir mühitdə, yuxunun olmaması zamanı, həddindən artıq məşq edərkən, əllərin titrəməsi normal hesab edilir. Amma bu əl titrəmələri qısamüddətli və yüngül olur.

Əllərin titrəməsinə nə səbəb olur?

Titrəməyə depressiya, travma sonrası sinir pozğunluğu, irsi ataksiya və oxşar vəziyyətlər, güclü spirt istifadəsi,civə zəhərlənməsi, hipertiroidizm, qaraciyər çatışmazlığı, böyrək çatışmazlığı, narahatlıq və həyacan səbəb ola bilər. Eyni zamanda astma dərmanları, antidepresan dərmanlar, antiaritmik dərmanlar, xərçəng dərmanları, immunitet sistemini zəiflədən dərmanlar və antibiotiklər də əl titrməsinə səbəb olur.

Əllərin titrəməsinə səbəb ola biləcək bəzi nevroloji səbəblər də var.

Parkinson xəstəliyi, dağınıq skleroz xəstəlikləri də davamlı əl titrəmələrinə səbəb olur. Demək olar ki, bütün Parkinson xəstələrində davamlı titrəmələr müşahidə olunur. Bədənin bir yerindən başlayır və yayılır. Xüsusilə titrəmə sıx emosiya dövrlərində artır.

Əl titrəməsinin qarşısını nə ala bilər?

Müntəzəm yatın. Sağlam yeyin. Bol su için. Siqareti buraxın, həddindən artıq spirt istehlakından çəkinin. Həddindən artıq məşq etməyin. Kofein istehlakını məhdudlaşdırın. Stress səviyyənizi nəzarət altında saxlayın.

İlahin,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »