Nə qədər ki, insan özündən daha “axmaq” birini tapa bilmir, o, axmaq yox, “ağıllı” sayılırmı? Daha böyük axmaq nəzəriyyəsinə görə, bunu belə adlandırmaq olar. Maliyyə bazarlarında kimin daha böyük axmaq adlandırıldığını birlikdə araşdıraq.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, keçmişdən bu günə çox şey dəyişsə də, insanların zəngin olmaq istəyi heç vaxt dəyişməyib. Zəngin olmaq və müxtəlif sərmayələr etmək arzusu ilə yola çıxan bu insanların heç də hamısı bu yolda uğur qazanmır.
Burton Malkiel tərəfindən irəli sürülən daha böyük axmaq nəzəriyyəsinə görə, investisiyalar nəticəsində uğursuzluğa düçar olan bu bədbəxt insanlara “daha böyük axmaqlar” deyilir. Bu kontekstdə, sözügedən nəzəriyyə birja vasitəsilə izah edilsə də, daha böyük axmaq nəzəriyyə təkcə maliyyə bazarları üçün deyil, pul qazanmaq məqsədi ilə maliyyə mübadiləsinin edildiyi hər hansı bir vəziyyət üçün nəzərdə tutula bilər.
Nəzəriyyə ondan ibarətdir ki, insanlar investisiya məqsədləri üçün bir aktiv aldıqda, onu daha yüksək qiymətə satmağı hədəfləyirlər. Elmi cəhətdən sübuta yetirilən bir həqiqətdir ki, insanlar investisiya qərarları verərkən heç də həmişə rasional hərəkət etmirlər. Bu baxımdan, investorların investisiya edərkən bir aktivin real dəyərinə diqqət yetirməklə deyil, onları aldıqları qiymətdən daha yüksək qiymətə satmağa çalışaraq pul qazanmağa çalışmaları adi bir vəziyyətdir. Bu vəziyyətin altında yatan məntiq məhz Burton Malkiel tərəfindən irəli sürülən daha böyük axmaq nəzəriyyəsi ilə izah olunur. Hər bir investor özündən daha çox pul ödəməyə hazır birini, özündən daha böyük bir axmaq tapmağı hədəfləyir.
Maliyyə bazarlarından misal versək, investor gələcəkdə 13 TL-yə satmaq məqsədi ilə 10 TL-yə səhm alır. Yəni bu investor səhmi özündən baha qiymətə ödəməyə razı olan birinə, başqa sözlə, daha böyük bir axmağa satmaq niyyətindədir. Bəs səhmi 13 TL-yə alan adam necə? Eyni şey onun üçün də keçərlidir. Bu investor aldığı payı 15 TL-yə satmağı hədəfləyir və payı daha böyük bir axmağın almasını gözləyir.
Başqa sözlə desək, ən aşağı qiymətə pay alan da, ən yüksək qiymətə alan da özündən daha çox ödəməyə razı olacaq adamdan sonradır.
Daha böyük bir "axmaq" tapmaq həmişə mümkündürmü?
Bazarda söz mövzusu səhmin yüksələcəyinə dair nikbinlik dalğası olarsa, investorların özlərindən daha böyük axmaqları taparaq müəyyən müddət ərzində aldıqları səhmləri satmaları mümkündür. Sadə dillə desək, investorlar səhmin dəyərinin daha da artacağını düşünürlərsə, qiymətindən asılı olmayaraq onu alacaqlar.
Bəs bazar mənfi olarsa necə?
Bu zaman bütün investorların kabusu başlayır və bazarlarda çaxnaşma mühiti hökm sürür. Səhmləri olan insanlar “ən böyük axmaq” olmamaq üçün "daha böyük axmaqlar" tapıb səhm satmağa çalışırlar.
Daha əvvəl dediyimiz kimi, hər oyunun qalibi olduğu kimi, uduzan da olur və bəzi investorlar bu oyundan qazanır, bəzi investorlar da bu oyunun uduzan tərəfə çevrilirlər. Bu uduzanlara "daha böyük axmaqlar" deyilir.
İlahin, Bizimyol.info






