Braziliyanın təyyarə istehsalçısı "Embraer" elektriklə uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında fabrik tikəcəyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, şirgətdən bildirilib ki, uçan taksilərin 2026-cı ilə qədər səmada olacağı gözlənilir.
Uçan taksilərin şirkətin törəmə şirkəti olan "Eve" tərəfindən istehsal edilməsi planlaşdırılır. Altı sərnişin tutumlu kiçik helikopterə bənzəyən uçan taksilərlə adambaşına gediş haqqı 50-100 dollar arasında qiymətləndirilir.
"Eve" artıq 3000-ə yaxın hava taksisinin sifariş edildiyini açıqlayıb. Uçan taksilər uçuş-enmə zolağına ehtiyac duymayacaq və Təyyarə kimi uzun məsafələri qət edə biləcəklər.
Qadir, Bizimyol.info






