Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan və Ermənistan arasında artıq real sülhdən başqa heç bir şans qalmayıb"
"Azərbaycan və Ermənistan arasında artıq real sülhdən başqa heç bir şans qalmayıb"

Həyata keçirdikləri son təxribatlardan sonra hər zamankı kimi Bakını günahlandıran Ermənistan, ordusunu hazır vəziyyətə gətirib. Eyni zamanda sərhəddə olan Avropa missiyası müşahdiəçilərini də ərazidən çıxarıb. Ermənistan, Azərbaycan tərəfinin güya həyata keçirdiyi təxribata görə ordusunu gücləndirdiyini iddia edir. Hücumu həyata keçirən Ermənistan olduğuna görə, görünən odur ki, məğlub ölkə sülh müqaviləsi arzusunda deyil və məhz bu müqavilənin imzalanmaması üçün əlindən gələni edir…

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan hazırda bölgədə gərginlik görüntüsü yaratmaqda maraqlıdır. Eyni zamanda son dövrlər sərhədlərə qoşun birləşmələrinin cəlbi Ermənistanın sülh prosesində əsla maraqlı olmadığını göstərir. Qısası, vəziyyət aydındır. Belə ki, xarici güc faktorları bölgəni sabotaj etmək üçün Ermənistandan kukla kimi istifadə edirlər.

Tural İsmayılov Tural İsmayılov

Politoloq hesab edir ki, Ermənistan sülh danışıqları olan zaman Azərbaycanın əleyhinə müxtəlif təxribatlar törətməyə maraqlı olub. Belə ki, bundan öncə Brüssel və Vaşinqton görüşlərində də Ermənistan bu təxribatlara təkrar əl atdı. Yenə də görürük ki, Ermənistan tərəfindən ölkəmizə qarşı çirkin hücumlar həyata keçirilir.

“Sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilərsə, Ermənistan mina və digər humanitar problemlərin və böhranların həlli üçün səmimi niyyət ortaya qoyarsa, sülh müqaviləsi istiqamətində vacib bir addım hesab edilə bilər”,- deyən politoloq qeyd edib ki, son dövrlər Paşinyanın sülh ilə bağlı verdiyi açıqlamalar daha çox Qərbə yönəlib. O, Qərbə Ermənistanın guya sülhə hazır olması haqqında görüntü verir və həmçinin problemin həll edilməməyində birbaşa olaraq, Moskvanı günahlandırır.

Tural İsmayılovun fikrincə, bütün bunlar Paşinyanın növbəti manevr cəhdlərindən biridir.

“Azərbaycan və Ermənistan arasında artıq real sülhdən başqa heç bir şans qalmayıb. Azərbaycan prezidenti İlham Əliyev Ermənistana sülh üçün son şansı bu il müəyyənləşdirib. Artıq Ermənistan ağlını başına yığaraq, bu prosesdə mütləq və konkret addımlar atmalı olduğunun fərqinə varmalıdır”-deyə politoloq bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »