Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusu Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub
Ermənistan ordusu Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub

Ermənistan silahlı qüvvələri Laçın yolundakı Azərbaycanın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumat verib.

Bildirilir ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də baş vermiş hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Yaralanan sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, təxribat bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib. Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Son xəbərlər
Bütün xəbərlər »