Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyənin digər vilayətlərində inşa olunacaq xətlər Bakı-Tbilisi-Qarsa birləşəcək"
Ərdoğan: "Türkiyənin digər vilayətlərində inşa olunacaq xətlər Bakı-Tbilisi-Qarsa birləşəcək"

Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli qatar dəmiryol xətləri Bakı-Tbilisi-Qarsa birləşəcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı bildirib.

“Uzunluğu 405 kilometrə çatan bu xətt bir neçə əyaləti birləşdirəcək. Kayseri ilə də əlaqə xətti quracağıq. Qarsa qədər uzadılacaq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. Biz regionumuz üçün dünya əhəmiyyətli strateji xətt açacağıq. CHP lideri kimi Azərbaycanı kənarda qoymaqla deyil, onlarla çiyin-çiyinə bu işləri görəcəyik”, - deyə o vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »