Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Xalqımız bizi yanıltmayacak"
Ərdoğan: "Xalqımız bizi yanıltmayacak"

Türkitə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN International"da Becky Andersonun suallarını cavablandırarkən seçki prosesindən tutmuş xarici siyasətə qədər bir çox mövzuda qiymətləndirmələr edib.

Bizimyol.info xəbər verir ki, bu barədə cnnturk.com məlumat verib.

Son 20 ildə girdiyiniz hər seçkidə asanlıqla qalib gəldiniz, seçkilərdə rekordlar qırdınız. Türkiyə tarixində ilk dəfə seçki ikinci tura keçdi. Hazırda özünüzü nə dərəcədə rahat hiss edirsiniz?, sualına Ərdöğan: “İnanıram ki, gələn bazar günü keçiriləcək seçkilərdə xalqım dünyaya güclü türk demokratiyasını və 90 faizə qədər güclü seçici fəallığını göstərəcək. Bu, çox mühüm amildir. Dünyada buna bənzər heç nə yoxdur. Bu seçkilərdən ümid edirəm ki, millətim bizi yanıtmayacaq”, - deyə bildirib.

ABŞ prezidenti Co Baydenin seçki kampaniyasında özünü avtokrat adlandırdığı üçün onu qınadığını" xatırladan prezident Ərdoğan: "Birinci tura deyil, ikinci tura keçən şəxs diktator ola bilərmi? Bu, indi reallıqdır. "Cumhur" İttifaqı parlamentə 322 deputatla daxil olacaq və ona rəhbərlik edən şəxs ilk olaraq ikinci tura keçəcəkŞ həm də diktator adlandırılacaq. Bu necə diktaturadır?

Yenidən seçilsəniz, Bayden rəhbərliyi ilə çalışardınızmı? sualına Prezident Ərdoğan: “Buna heç bir şübhə yoxdur. Mən indi cənab Baydenlə işləyirəm və işləyəcəm. Bayden dəyişsə, onu kim əvəz etsə, onunla da işləyəcəyimə əminəm”, - deyib.

Qərbin Rusiyanın Ukrayna münaqişəsinə münasibəti ilə razılaşmadığı və bununla bağlı “Qərbin təxribata əsaslanan siyasət yürütdüyü” sözlərini xatırladan suala Prezident: “Hazırda Qərb indiki məqamda balanslı yanaşma göstərməyib. Başqa sözlə, Rusiya kimi bir ölkəyə balanslı yanaşma çox daha doğru olardı. Başqa sözlə, mən cənab Putinlə bu münasibətləri inkişaf etdirdiyim və ya davam etdirdiyim halda, Qərb də bunu etməli idi. Çünki dünyada bir-birimizə ehtiyacımız var. Yəni bu məqamda Qərbin hər bir ölkəsi ilə görüşdüyüm kimi, cənab Putinlə də görüşürəm. Eynilə, məsələn, Qara dəniz taxıl dəhlizində biz təkcə Qərbin deyil, Afrika ölkələrinin də ehtiyaclarını ödəmək barədə razılığa gəlmişik.

Baxın, indi mayın 18-dən taxıl dövrünü daha iki ay uzaddıq. Bu necə işlədi? Bu, bizim cənab Putinlə xüsusi münasibətlərimiz sayəsində oldu”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »