Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da ilk olaraq Montanada "TikTok" qadağan edilir
ABŞ-da ilk olaraq Montanada "TikTok" qadağan edilir

ABŞ-in Montana ştatının qubernatoru Qreq Canforte çərşənbə günü imzaladığı qanunla ştatda "TikTok"u tamamilə qadağan edib. Bu ABŞ-da sosial şəbəkəyə qarşı çıxan ilk ştatdır.

Bizimyol.info xəbər verir ki, ştatın qubernatoru bu barədə "Twitter"də yazıb.

"Montana sakinlərinin məxfiliyini Çin Kommunist Partiyasından qorumaq üçün Montanada "TikTok"u qadağan edirəm", - o, .

Aprel ayında yerli qanunverici orqan tərəfindən qəbul edilən yeni qanuna əsasən, əyalətdə "TikTok" mobil proqramını yükləmək qadağandır. Beləliklə, "Apple" və "Google" öz proqram mağazalarında tətbiqi yükləməyə girişi bloklamalıdır, əks halda onları cərimə gözləyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »