Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahim Kalından seçkilərin ikinci turu ilə bağlı şərh
İbrahim Kalından seçkilərin ikinci turu ilə bağlı şərh

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın “A Haber”in canlı yayımında gündəmlə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Kalın açıqlamasında bildirib ki, ikinci tur onlar üçün daha asan olacaq.

“Fərq açıq-aydın görünür. Aradakı fərqin bağlanacağını düşünmürəm. 2,5 milyona yaxın səs fərqi var. Bağlanma ehtimalı yoxdur. Öz səslərimizi saxladığımız üçün ikinci turda yeniləri əlavə olunacaq.

Güvən və sabitlik mühiti davam etdiyi üçün türk millətinin 49,5-i prezidentimizə səs verdi. Bu dəstəyin davam edəcəyi görünür”,- deyə Kalın əlavə edib.

O, qeyd edib ki, yeni bir proses başlayır və iki namizəddən ən çox səs toplayan prezident seçiləcək.

“Biz öz kampaniya prosesimizə diqqət yetiririk. Qiymətləndirmə apardıq, bundan sonra prosesə baxıb dəyərləndirəcəyik.

Burada Türkiyənin öz milli maraqları və köklü milli məsələlər kontekstində mövqelər üst-üstə düşür, harmoniya əldə edilir, yaxınlaşma baş verir və buna uyğun qiymətləndirmə aparılır. Bizim şura ilə danışmağa münasibətimiz yoxdur. Nə qədər ki, mövqeyimizi qoruyuruq, ikinci raundun da arxayınlaşmadan yekunlaşacağını düşünürük.

Prezidentimizin sosial media hesablarında paylaşdığı bir yazı var. O, mayın 14-də bütün Türkiyə qazanacaq mesajı verib. Bu, ümumilikdə münasibətimizi ortaya qoyan mesajdır”,-deyə o, vurğulayıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »