Azərbaycanda olduğu kimi Türkiyə mediasında da müəyyən problemlər mövcuddur. Məsələn Azərbaycanda “Media” qanunu gün üzünə çıxdıqdan sonra jurnalistikada ciddi narahatlıqlar müşahidə edilməyə başladı. Narazılar arasında həyatının uzun illərini jurnalistikaya sərf etmiş jurnalistlər də var. Eləcə də Türkiyədə bu sahədə problemlər mövcuddur.
TİMEF sədri Şakir Gürel Bizimyol.info xəbər portalına Türkiyə mediasında olan əsas problemlərdən danışıb.
Şakir Gürel- Bugün Türkiyədə əsas problem “Media ixtisas qanunu”nun, “media-ixtisas idarəsi”nin olmamasıdır. Media ilə əlaqəli hansı qanun çıxırsa çıxsın, bəzi maddələr bir müddət sonra mənasını itirir. Ən son “Dezinformasiya qanunu” çıxarılıb. Seçkilər həyata keçirilib.
Məsələn mən, 41 ildir ki, bu işlə məşğulam. TV, radio və qəzet sahibiyəm, xüsusi təşkilatım da var. Və bu işə etika ilə yanaşıram. Amma bu gün yeni çıxan bir sayt pul ilə xəbərlər hazırlayır, montaj edir. Hər cür xəbər hazırlayır. Bunlara görə, “Dezinformasiya qanunu” çıxarılıb. Təbii ki, bu, yetərli deyil. Bizim media-ixtisas qanunumuz olmalıdır. Yəni jurnalistikanın qanuni olaraq bir standartı olmalıdır. Sərhədləri müəyyən edilməlidir. Kim jurnalistdir, kim deyil? Jurnalistika harada başlayır? Harada bitir, kim jurnalist olmalıdır?
Media-ixtisas qanunu olarsa, bundan sonra digər qanunlar məna qazanar. Hələ jurnalistikanın standartları, sərhədləri müəyyən edilməyib, amma jurnalistika ilə bağlı qanunlar çıxarılır. Türkiyədə mediada ən böyük “Media-ixtisas” qanunun olmamasıdır. Bu qanun çıxana qədər boş vaxt itiririk.
- Bu günə qədər bu qanun niyə qəbul edilməyib?
- Çünki iqtidarlar, siyasətçilər arı yuvasına çomaq soxmaq istəməyiblər. Ya da təhlükəli bir sahəyə düşdüklərini düşünürlər. Bu qanunu istəyənlər qədər, istəməyənlər də var. Bu, iqtidara da sərf edir. İqtidarlar medianı öz mənfəttələri üçün istifadə edirlər. Media-ixtisas qanunu olmadığı üçün Türkiyə mediasının problemləri həll olunmayacaq.
Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info






