Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biz Sərsəng su anbarını da nəzarətə götürməliyik"
"Biz Sərsəng su anbarını da nəzarətə götürməliyik"

Qarabağda ekoloji fəlakət yaşanır. Belə ki, separatçı rejim Qarabağın elektrik enerjisi ilə təmin edilməsi üçün Sərsəngdə tikilmiş Su Elektrik Stansiyasından istifadə edir. Bu isə, anbarın boşalmasına səbəb olur. Bu barədə erməni mediası yazır. Hələ qeyd edilir ki, əgər anbarda su tükənərsə, Qarabağdakı ermənilər lazım olan şəraitdən məhrum olacaqlar. Bu da o deməkdir ki, separatçı rejim Qarabağda yeni terrora başlayıb. Əvvəllər faydalı qazıntılarımızı, digər təbii sərvətlərimizi darmadağın etdikləri kimi indi də, su anbarını mıhv etməyi qarşılarına məqsəd qoyublar.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli bildirib ki, ermənilər 30 illik işğal dövründə Azərbaycanın işğal altında olan torpaqlarında daşı-daş üstündə qoymadılar.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Ermənistan əhalisi qaraçılardır. Hindistandan gəliblər. Bunu mən demirəm, tarix deyir. Onlar hansı torpağa ayaq basırlarsa, ora məhv olur.

Xatırlayırsınızsa, Azərbaycan hərbçiləri 13-15 sentyabrda Zəngəzur istiqamətində uğurlu əməliyyat keçirdikləri zaman videolar yayıldı. Onların kəndlərində bir erməni demişdi ki, “burada əvvəl türklər yaşayanda gül-çiçəklik idi, indi gediblər, evləri boş qalıb”. Ermənilər hara ayaq basırlarsa, həmin yeri qurudurlar. Sərsəng su anbarı sovet dövründə olduğu kimi bu gün də Azərbaycan üçün çox önəmli strateji bir yer idi”- deyən politoloq hesab edir ki, artıq Azərbaycan tərəfindən Ağdərə istiqamətində bütün ərazilərin nəzarətə götürülməsinin zamanı çatıb.

“Biz Sərsəng su anbarını da nəzarətə götürməliyik. Və bundan sonra artıq həmin suyu, təbii sərvətimiz olan sularımızı həmin istiqamətdə necə istifadə edəcəyimizə qərar verərik. Belə olan təqdirdə biz həmin fəlakətin də qarşısını almış olarıq. Bununla da, orada yaşayacaq Azərbaycan vətəndaşı olan ermənilər də həmin o su ehtiyatlarından istifadə etmək imkanlarından yararlana bilərlər”-deyən politoloq vurğulayıb ki, həmin su anbarının məhv olmaması üçün Azərbaycan mümkün qədər qısa müddət ərzində həmin əraziləri və strateji nöqtələri nəzarətinə götürməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »