Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Aleksandr Lentsov danışıqlar üçün Bakıya gedəcək. Bunu “separatçı rejimin anti-böhran şurasının sədri” Tiqran Petrosyan deyib. Onun sözlərinə görə, sülhməramlı korpus Azərbaycanla danışıqlar aparacaq.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general Aleksandr Lentsovun Azərbaycana gəlişi protokol xarakterlidir. Çünki Ermənistanda olub və Azərbaycana gəlməlidir.
Məhəmməd ƏsədullazadəPolitoloqun fikrincə, separatçılar müəyyən məsələlərə ümid edirlər və hesab edirlər ki, Azərbaycan Laçın yolunda nəzarət buraxılış məntəqəsini götürməlidir. Və yaxud da orada Rusiya sülhməramlılarınıda iştirakını təmin etməlidir.
“Bunu xahiş edirlər. Lentsov separatçılarla görüşüb və Bakıya gəlib qayıtdıqdan sonrada yenə də görüşəcək. Və hesab edirəm ki, bütün proseslərdə Azərbaycan diqtə edir. Lentsovun Azərbaycana verəcəyi hər hansı təklif bizim üçün məqbul deyil. Onlar Azərbaycan ərazisində fəaliyyət göstərir və birbaşa Azərbaycanın təlimatı ilə hərəkət etməlidirlər. Nə separatçılar, nə Lentsovkimilər Azərbaycan üçün hər hansı bir xüsusi əhəmiyyət kəsb etmir”-deyə politoloq bildirib.
Politoloq bildirib ki, Lentsovun fəaliyyəti sülhməramlıların fəaliyyət təhkükəsizliyini təmin etmək və etimad mühitini formalaşdırmaqdır. Bunu etməyəcəksə, gəlib separatçıların hər hansı bir xahişini edəcəksə bu bizim üçün qəbul olmaz prosesdi.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın tələbi ondan ibarət olacaq ki, ermənilərin reinteqrasiya prosesi istiqamətində onlara öz təkliflərini, təlimatlarını versinlər. Sülhməramlılar öz fəaliyyətlərindən kənar işlərlə məşğul olmasınlar. Onlara verilən vəzifələri icra etsinlər.
“Yəni bu məsələləri Azərbaycan Lentsovun diqqətinə çatdıracaq”-deyən Əsədullazadə bildirib ki, 2 il yarımdan sonra sülhməramlılar ərazilərimizdən çıxarılması istiqamətində addımlar atılmalıdır. Çünkü sülhməramlıların qalışı ümumiyyətlə region üçün çox ciddi problemlər yaradır.
Politoloq vurğulayıb ki, Lentsovun gəlişi zamanı verəcəyi təkliflərin Bakı tərəfindən qəbul olunacağı gözlənilmir.
İlahin, Bizimyol.info






