Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"10 Noyabrdan sonra ən böyük uğurlu addımımız Laçın yolunda buraxılış məntəqəsi yaratmağımız oldu"
"10 Noyabrdan sonra ən böyük uğurlu addımımız Laçın yolunda buraxılış məntəqəsi yaratmağımız oldu"

“Azərbaycan tərəfi birtərəfli qaydada 10 noyabr bəyanatının Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyən tərəflərinin yerinə yetirilməsi istiqamətində praktik addımlara başlayıb. Azərbaycan bununla da, beynəlxalq hüquqla Azərbaycana tanınan imkanlardan istifadə edir. Bu tamamilə beynəlxalq hüququn və humanitar hüququn prinsiplərinə uyğun bir davranışdır. Azərbaycan Laçın rayonunun Ermənistanla sərhəd hissəsində Laçın rayonun başlanğıc hissəsində nəzarət-buraxılış məntəqəsini qoymaqla əslində 10 noyabr “üçtərəfli” bəyanatının tələblərinin icrası prosesini həyata keçirmiş oldu”...

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb.

Anar Əliyev Tarix üzrə fəlsəfə doktoru, politoloq - Anar Əliyev

“Beynəlxalq hüquq tələb edir ki, çox tərəfli müqavilələr, eyni zamanda beynəlxalq müqavilələr yəni indiki halda “10 Noyabr bəyanatı”nı imzalayan tərəflər üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirmək məcburiyyətindədir. 10 Noyabr bəyanatındada açıq şəkildə Azərbaycan-Ermənistan liderləri və Rusiya prezdentinin imzaladığı razılaşmaya əsasən Laçın yolu yalnız və yalnız humanitar məqsədlərlə istifadə oluna bilərdi. İkincisi Laçın yolundan humanitar məqsədlərlə daşınmaların və dinc sakinlərin hərəkətinin təhlükəsizliyini Azərbaycan dövləti öz üzərinə götürmüşdü. Lakin ötən müddət ərzində Ermənistan tərəfinin Rusiya sülhməramlı qüvvələrinin dəstəyi ilə bu humanitar məqsədli yoldan cinayətkar məqsədlərlə, hərbi və hərbi cinayətlərin törədilməsinə xidmət edən məqsədlərlə istifadə edirdilər. Eyni zamanda Azərbaycan hümanist davranış nümayiş etdirərək, Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməklə, Laçın yolunda hərəkətin və dinc sakinlərin, humanitar yüklərin daşınması prosesinə müdaxilə etmək istəmirdi”-deyə politoloq Laçın yolunda yaradılmış buraxılış nəzarət məntəqəsinin yaradılmasına qədər olan prosesləri izah edib. Onun sözlərinə görə, Azərbaycan bu davranışları ilə humanistlik nümayiş etdirməklə yanaşı, Qarabağdakı erməni icmasının nümayəndələri arasında Azərbaycan dövlətinə qarşı inam-etimad mühitinin formalaşmasına xidmət edən mövqe ortaya qoyurdu.

Politoloq bildirib ki, “10 noyabr bəyanat”ında çıq şəkildə qeyd olunub ki, Azərbaycan dövlət olaraq, Laçın yolu ilə mülkü şəxslərin və mülkü yüklərin daşınması təhlükəsizliyini üzərinə götürür. Onların təhlükəssizliyini təmin etməlidir.

Anar Əliyev hesab edir ki, amma bu günə qədər Ermənistan tərəfi, Qarabağdakı separatçı qüvvələr və Rusiya sülhməramlı qüvvələri “10 noyabr bəyanatı”nın tərəflərinə zidd davranışlar nümayiş etdirərək, bu yoldan qeyri hümanitar məqsədlərlə istifadə edirdilər. Azərbaycan tərəfi Laçın yolunun başlanğıc hissəsində nəzarət buraxılış məntəqəsini quraşdırmaqla “10 noyabr bəyanatı”ndan Azərbaycanın üzərinə qoyulmuş öhdəliyin yerinə yetirilməsi prosedurlarını başlamış oldu.

Politoloqun fikrincə, bununla Azərbaycan dövləti həm də ortaya növbəti dəfə iradəsini qoymuş oldu.

““10 noyabr bəyanatı”ndan sonra diplomatiya sahəsində Azərbaycan tərəfi kifayət qədər ciddi uğurlar əldə etməkdədir. Ən böyük uğurlarımızdan biri də 2023-ci ilin mart ayının 1-də Qarabağdakı erməni icmasının nümayəndələri, Azərbaycan vətandaşlığını qəbul edəcək, Azərbaycan dövlətinin ərazisində, Azərbaycan bayrağının altında yaşamağı qəbul edəcək şəxslərlə Azərbaycanın xüsusi nümayəndəsinin görüşünün təşkil olunması idi. Bundan sonra ən ciddi uğurlarımızdan biri, 10 Noyabr bəyanatından sonra ən böyük uğurlu addımımız Laçın yolunda Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsi yaratması oldu”-deyə politoloq bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi nəzarət buraxılış məntəqəsini yaratmaqla, bu yoldan cinayətkar məqsədlərlə istifadənin bir mənalı şəkildə qarşısının alınmasına nail olmuş olacaq.

Eyni zamanda Qarabağdakı separatçı qüvvələrin və bu separatçı qüvvələri ayaqda saxlamaqla, onlar üzərindən oyunlar qurmağa çalışan kənar güclərin bölgədəki çirkin maraqlarının hamısını sıradan çıxarmış oldu.

Anar Əliyev hesab edir ki, bu addım qısa müddət ərzində Azərbaycan ərazisindəki separatizm qalıqlarının təmamilə məhv edilməsinə və ölkə ərazisindən sıxışdırılıb çıxarılması ilə yekunlaşacaq.

“Bu proses Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası istiqamətində atılmış ən uğurlu, ən ciddi bir addımdır.Bu həm də 2025-ci ildən sonra Rusiya sülhməramlıları qüvvələrinin bölgədə qalma ehtiyacını təmamilə aradan qaldıracaq çox uğurlu, çox düzgün bir gedişdir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »