Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda niyə bir çoxları elektromobil almaqdan çəkinir?
Azərbaycanda niyə bir çoxları elektromobil almaqdan çəkinir?

İlin ilk 3 ayı ərzində ölkəyə 315,3 milyon ABŞ dolları dəyərində 20 799 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu avtomobillərdən 408-i (16,97 milyon ABŞ dolları dəyərində) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Keçən il isə gətirilən elektrik mühərrikli avtomobillərin sayı 70 ədəd olub.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2022 -ci il ilə 2023-cü il arasında olan fərq göz qabağındadır və sevindirici haldır. Onun sözlərinə görə, gömrük rüsumunun və ƏDV-nin ləğv olunmasından sonra ölkəyə gətirilən avtomobillərin sayında artım hiss olunur.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“Bu, normal haldır. Bazarda canlanma var. Tələb var ki, bu qədər avtomobil ölkəyə gətirilir”,- deyən Eyyub Əliyev qeyd edib ki, elektromobil bazarındakı böyümə alım gücünə təsir edir. Tələb olduğuna görə, bu qədər təklif var. O, bildirib ki, biz bu sayı 3,5-10 qat artıra bilərik. Bu da infrastruktur tam hazır olandan sonra baş tuta bilər.

“İndi bir çox vətəndaşlar büdcə və orta qiymətli avtomobillər sürən şəxslər elektromobil almaqdan bir az çəkinirlər. Çünki infrastruktur hazır deyil. Hazır olduqdan sonra, bu say 10-15 dəfə artacaq”-deyə Eyyub Əliyev əlavə edib.

Mütəxəssis qeyd edib ki, elektromobil bazarında böyümə köhnə avtomobillərin satışına təsir etmir. Çünki hər bir avtomobilin öz alıcısı var. Onun sözlərinə görə, hətta müəyyən insanlar var ki, nə qədər imkanları olsa da, benzin və yaxud dizel avtomobil idarə edir və yaxud qaz quraşdırıb avtomobil idarə edirlər. Yəni, hər avtomobilin öz müştərisi var.

Eyyub Əliyev bildirib ki, elektromobillərə müasir innovasiya və texnologiya ilə maraqlananlar, gələcəyə daha tez addım atmaq istəyən şəxslər daha həvəskar olurlar.

“Ən çox da hazırda daha çox imkanı olanlar bu avtomobilə üstünlük verir. Bu gün elektrikli avtomobil alan şəxslər bu avtomobillər 2-ci və yaxud 3-cü avtomobil kimi alırlar”-deyən Eyyub Əliyev hesab edir ki, köhnə avtomobillərin satışına elektromobillərin hansısa bir təsiri olacağını düşünmür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »