ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ictimai şarj yerlərindən istifadə edilməməsi barədə xəbərdarlıq edib. Bildirilib ki, buradakı şarj cihazları zərərli proqramları yoluxdurmaq üçün istifadə oluna bilər.
Bizimyol.info Trükiyə mətbuatına istinadla xəbər verir ki, həyatımızın vazkeçilməz hissəsinə çevrilmiş smartfon, kompüter, planşet kimi cihazların bəzən gözlənilmədən şarjı bitə bilər. Belə hallarda insanların əksəriyyəti ictimai yerlərdə şarj cihazlarından istifadə edir.
ABŞ-ın Federal Təhqiqat Bürosunun ötən həftə verdiyi açıqlamada hotel, hava limanı, ticarət mərkəzləri kimi yerlərdə enerji doldurma məntəqələrindən uzaq durmaq tövsiyyə edilir. Açıqlamaya görə, USB portlarından cihazlara zərərli proqramlar daxil etmək üsulları aşkar edilib. Belə, proqram təminatının USB vasitəsilə kompüterlərə, telefonlara və ya smartfonlara gətirilməsi böyük risklər yarada bilər. Bu yolla, hakerlər cihazlardakı həssas məlumatlarınıza daxil ola, istifadəçi adlarınızı, parollarınızı və e-poçtlarınızı ələ keçirə bilərlər. Hətta onlayn hesablarınızdan pul oğurlayaraq, sizin üçün daha böyük problemlər yarada bilərlər.
FTB bu kimi risklərdən uzaq olmaq üçün beləşarj yerlərindən uzaq olmağı və özünüzlə hər zaman şəxsi şarj alətinizi götürməyi tövsiyyə edir.
İlahin, Bizimyol.info






