Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyənin aprelin 3-də hava məkanını bağladığı və İraq Süleymaniyyəyə gedən təyyarələrin Türkiyədən keçə bilməyəcəyi bildirilib.
Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Türkiyə hava məkanının Süleymaniyyə uçuşları üçün bağlanması ilə bağlı sualı cavablandırarkən deyib.
XİN nümayəndəsi: “PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətinin intensivləşdirilməsi, terror təşkilatının hava limanına nüfuz etməsi və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi çərçivəsində Türkiyə hava məkanı İraq Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş-uçuş üçün istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb. Aprelin 3-dən etibarən uçuşlar dayandırılır",- deyə qeyd edib.
“Sözügedən qərar PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətinin intensivləşdirilməsi, terror təşkilatının hava limanına soxulması və bununla da uçuşların təhlükəsizliyini təhdid etməsi çərçivəsində qəbul edilib. İlk mərhələdə 3 iyul 2023-cü il tarixinə qədər qüvvədə olması gözlənilən qərar, qeyd olunan tarixə qədər yaxından izləyəcəyimiz inkişaflar işığında nəzərdən keçiriləcək", - deyə nazirliyin məlumatında bildirilir .
Bizimyol.info






