Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Geologiyanın atası...
Geologiyanın atası...

Mustafa Kamal Atatürkün xaricə təhsil almağa göndərdiyi gənclərdən biri də İhsan Kətin idi. 1930-cu illərin əvvəllərində Almaniyaya gedən tələbə tez bir zamanda dünya miqyasında məşhurlaşdı. Türkiyədə “Geologiyanın atası” kimi tanınan geologiya üzrə professor İhsan Ketin 1948-ci ildə Şimali Anadolu qırılma xəttinin əsl quruluşunu ortaya çıxarması ilə tanınır.

1914-cü ildə Kayseridə doğulan İhsan Kətin orta və liseyi Kayseridə oxuyub. Daha sonra Atatürkün inkişaf üçün başlatdığı xaricdə təqaüd proqramına müraciət edən Kətin təqaüdü qazanaraq, 1932-ci ildə Almaniyaya gedir. Kətin iki illik dil təhsilindən sonra 1934-cü ildə Berlin Universitetində geologiya üzrə təhsil almağa başlayır. Berlindəki siyasi qarışıqlıq və müəllimləri arasında yaranan fikir ayrılıqları səbəbindən Bonn Universitetinə köçür. Məşhur geoloq Hans Kloosla işləməyə davam edən Kətin 1938-ci ildə doktorluq dissertasiyasını tamamlayaraq, Türkiyəyə qayıdır. İstanbul Universiteti Fənn Fakültəsinin Geologiya İnstitutunda dosent kimi işə başlayan Kətin o zaman 24 yaşında idi və ölkədə doktorluq dərəcəsi alan ilk geoloq idi.

İhsan Kətinin doğulduğu illər Osmanlı İmperiyasının tənəzzülə uğradığı dövrə və Birinci Dünya Müharibəsi dövrünə təsadüf edir. Dünyada geologiya elminə verdiyi töhfələrə görə adı hallanan geoloq İhsan Kətin “Şimali Anadolu qırağının əsl quruluşunu ortaya qoyan alim” kimi də tanınır.

İhsan Kətin Türkiyəyə qayıtdıqdan sonra 13 mart 1992-ci ildə Ərzincan zəlzələsində 33 min nəfərin ölümünə şahid olur. O, bölgəyə gedərək işə başlayıb. Ərzincanda baş verən zəlzələ ilə yanaşı bir çox zəlzələ ilə mübarizə aparan Kətin, 10 ilə yaxın davam etdirdiyi əsərlərini 1948-ci ildə “Anadolu Bloku” adı ilə nəşr etdirib. O, zəlzələlər nəticəsində gördüyü və geologiyaya dair çoxlu məlumatlar ehtiva edən bu işə görə “Qustav Ştaynman” medalı ilə təltif edilib.

İhsan Kətin həyatda məqsədini “millətin və dövlətin dəstəyi ilə xaricdə aldığı təhsilin pulunu ödəmək” kimi izah edib. Xaricdə aldığı bir çox mükafata baxmayaraq Türkiyədə gözlədiyi hörməti ala bilməyən İhsan Kətin 17 avqust Gölcük zəlzələsi ilə Türkiyədə gündəmə çevrilir. İhsan Kətin ömrünün 55 ilini təbiətdə keçirmiş, məqalələri xarici geoloqların tezis mövzusuna çevrilmişdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »