Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağıntılar altından: “Mən yanğınsöndürən Muratın oğluyam”
Dağıntılar altından: “Mən yanğınsöndürən Muratın oğluyam”

Kahramanmaraşda 44 yaşlı yanğınsöndürən Hacı Murat Özsığınan oğlunun da olduğu 5 mərtəbəli internat məktəbində xilasetmə işləri aparılarkən dağıntıları altından çıxan əlin onun oğluna məxsus olduğu bilindi. Sağ olduğu görünən 13 yaşlı Məhəmməd Emin: "Mən yanğınsöndürən Hacı Muratın oğluyam. Məni xilas edin",- deyib.

Kahramanmaraş Böyükşəhər Bələdiyyəsində çalışan 7 illik yanğınsöndürən, 4 uşaq atası Hacı Murat Özsığınan 13 yaşlı oğlu Məhəmməd Emini 5 fevral bazar günü internat məktəbinə buraxıb. Özsığınan oğlundan ayrıldıqdan bir neçə saat sonra, yəni səhər saat 04.17-də Pazarcıkda 7,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələdə Məhəmməd Eminin olduğu 5 mərtəbəli bina dağılıb. Özsığınan axtarış-xilasetmə işləri üçün komanda yoldaşları ilə birlikdə dağıntılar altında qalan binaya getdi. 13 yaşlı oğlu Məhəmməd Eminin də dağıntılar altında qaldığı binanı görəndə çox kədərləndi.

Saatlarla dağıntılar altında qalan cəsədləri xilas etməyə çalışan Özsığınan dağıntılar altından gələn hər səsə "Oğlumdurmu?", deyə o qaçırdı. Dağıntılar altında səs verən uşaqların adını soruşan Özsığın qarışıq hisslər yaşayırdı.

Üç saat sonra dağıntılar arasında 10-15 sm-lik dəlikdən çıxan əlin sahibi "Məni xilas edin. Mən yanğınsöndürən Hacı Muratın oğluyam" deyə qışqırıb. Bu səsi eşidən Murat Özsığınan xoşbəxtlikdən göz yaşlarını saxlaya bilməyib.

Yanğınsöndürən oğluna: "Yaxşı oğlum, səni xilas edəcəyik. Bir az da səbr et. Gəlin əvvəlcə yuxarıdakı yaralıları xilas edib xəstəxanaya göndərək", - deyib.

5-ci mərtəbənin tavanından açılan tunelə daxil olan Murat Özsığınan və dostları Məhəmməd Emini dağıntılar altından sağ-salamat xilas edə bilib. Özsığınan çökən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində olan oğlundan əvvəl xəsarətlər almış 5 uşağı xilas edib.

Məhəmməd Emin müalicəsinin ardından xəstəxanadan evə buraxılarkən ata Özsığınan açıqlamasında: "Oğlumun olduğu binanın zəlzələdən sonra dağıldığını görüb şoka düşdüm. Hadisədən sonra oğlumdan 3 saat xəbər ala bilmədim. Daha sonra dağıntıda 10-15 sm çuxur qazdıq. Məhəmməd Emin işığı görəndə əlini çıxardı. Göz yaşlarım sel oldu. Mənim üçün ən çətin işlərdən biri idi. 7 saat 15 dəqiqədən sonra Məhəmmədi dağıntılar altından sağ çıxara bildik.“Məhəmmədi çıxarmazdan əvvəl 5 uşağı yaralı olaraq xilas etdik", - Hacı Murat bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »