Türkiyə Təhlükəsizlik Kəşfiyyat Xidmətinin koordinasiyasında Diyarbəkir və Konya Vilayət Polis Şöbələri tərəfindən aparılan araşdırmalar zamanı Konyada terror aktı hazırlayan PKK/KCK terror təşkilatı üzvü saxlanılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Bildirilir ki, kod adlı “Xveza Lilav” olan Gülda Bebek adlı təşkilatın üzvü ilə bağlı İranda PKK/KCK terror təşkilatının tərkibində Xüsusi Təyinatlı qrup kimi fəaliyyət göstərdiyi və bu məqsədlə ölkəyə daxil olduğu barədə məlumat var. 2022-ci ildə sensasiyalı bir hərəkət həyata keçirən terorçunun Konyanın Meram rayonundakı bir mənzildə gizləndiyi və təşkilatın hərəkətə keçmək üçün yuxarı rəhbərlikdən təlimat gözlədiyi barədə məlumat əldə edilib.
Fevralın 23-ü axşam saatlarında keçirilən əməliyyat nəticəsində trror təşkilatının üzvü gizləndiyi ünvanda hazırlıq işləri apararkən yaxalanıb.
Güc strukturu əməkdaşlarının apardıqları axtarış nəticəsində onun müvəqqəti yerləşdirildiyi mənzildən bir ədəd 9 mm-lik silah, iki ədə bu silahın maqazinləri, otuz bir ədəd doldurularaq hazır vəziyyə gətirilmiş patronlar tapılıb.
Bundan əlavə həmin yerdən bomba istehsalında istifadə edildiyi bilinən bir ədəd lehimləmə maşını, bir ədəd amper cihazı, bir ədəd mini elektrik mühərriki və mühərrikə qoşulmuş elektrik sxemləri, üç ədə kiçik boru başlıqları, iki kiçik ampüller və müxtəlif batareya blokları aşkar edilib.
Bomba partlatmaqla terror aksiyası keçirmək üçün son hazırlıqlarını gördüyü müəyyən edilən təşkilat üzvü yaxalanmasaydı, ötən aylarda İstanbul Taksimdə baş verən aksiyaya bənzər bir hərəkət edəcəyi bildirilib.
Ələ keçirilən Gülda Bebeklə yanaşı PKK/KCK terror təşkilatı ilə əlaqəsi olan daha 3 nəfər də saxlanılıb. Saxlanılan şəxslərin istintaqı TEM şöbəsində davam etdirilir.
Qadir, Bizimyol.info






