Türkiyənin Niğden bölgəsinin Bor rayonunda saat 13:27-də 5,3 bal gücündə zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən verilən açıqlamada saat 13.27-də baş verən zəlzələnin 7 km dərinlikdə baş verdiyi bildirilir.
Kandilli Rəsədxanası isə zəlzələnin maqnitudasının 5,2 olduğu açıqlanıb.
Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
AFAD sədri Yunus Sezer "Twitter" hesabından verdiyi açıqlamada: "Niğde əyalətimizin Bor mahalında saat 13:27-də baş verən 5,3 bal gücündə zəlzələdən sonra dağıntı və təlafat barədə məlumat yoxdur. Ərazidə axtarış-xilasetə şüvvələri işlərini davam edir", - deyə qeyd edib.






