Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı gənc hesabına keçirilən 10 min lirəni geri qaytardı - Video
Azərbaycanlı gənc hesabına keçirilən 10 min lirəni geri qaytardı - Video

Türkiyədə təhsil almış azərbaycanlı gənc zəlzələdən zərəz çəkmiş şəxs kimi səhvən hesabına keçirilən 10 min lirəni geri qaytarıb.

Bizimyol.info xəbər verir ki, 2018-ci ildə Qaziantep Universitetində təhsilini başa vuran 26 yaşlı azərbaycanlı Musa Musazadə Azərbaycanda hərbi xidmət keçdikdən sonra yenidən Türkiyəyə qayıdaraq İstanbul şəhərində məskunlaşıb.

Universitet təhsilini aldıqdan sonra Qaziantepdəki yaşayış yeri qeydiyyatını dəyişməyən azərbaycanlı gənc, tələbəlik illərində yaşadığı binanın ötən günlər baş verən zəlzələ fəlakətində dağılmasından sonra bank hesabına 10 min lirəlik zəlzələ yardımı yatırıldığını anlayıb.

Hesabında olan pulu xərcləmədən AFAD-a məlumat verən Musazadə onların təlimatı üzrə yaşadığı Sultanbəyli rayon qubernatorluğuna ərizə ilə müraciət edərək vəziyyəti açıqlayıb.

Bundan sonra Musa Musazadənin universitetdə təhsil aldığı 2014-2018-ci illərdə Qaziantep Şehitkamil rayonundan yaşadığı binanın dağılması səbəbindən ona 10 min lirə zəlzələ yardımı edildiyi müəyyən edilib.

Bildirilib ki, Musa Musazadə vəziyyəti anlayıb Sultanbəyli Rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra 3 gün ərzində pulun ondan geri alınacaq. Sultanbəyli rayon valisi Kamal Şahin zəlzələ qurbanı olmadığını və hesabına yatırılan pulu geri qaytaracağını bildirdikdən sonra Musa Musazadəyə nümunəvi davranışına görə təşəkkür edib.

Musa Musazadə bildirib ki, pul ondan geri alınmasa belə, AFAD vasitəsi ilə həmin məbləği zəlzələ bölgəsində zərər çəkənlərə bağışlayacaq: "Zəlzələdən sonra AFAD tərəfindən hesabıma 10 min lirə yatırıldı. Banka zəng etdim, zəlzələ qurbanı olduğumu dedilər. Mən zəlzələ qurbanı olmadığımı, zəlzələ vaxtı orada yaşamadığımı dedim. Sultanbəyli Rayon İcra Hakimiyyətinə müraciət etdim. Bu hadisəni onlara bildirdim. Dedim ki, hesabıma keçirilmiş pul mənə aid deyil. O pul hadisədən zərər çəkmiş vətəndaşlara məxsusdur və pul geri qaytarılmalıdır. Dedilər ki, 3 gün ərzində pul mənim hesabımdan silinəcək. Həmin məbləğ hesabımdan geri çəkilməsə, mən pulu çıxarıb AFAD-a bağışlayacağam. Zəlzələni yaşayan insanların ağrı-acısını dərk etdiyim üçün pulu xərcləsəydim vicdanım rahat olmazdı. Bu puldan bir qəpik də xərcləyə bilmərəm. Bu pul orda yaralanan, ehtiyac içində olan bacı-qardaşlarımızın haqqıdır. 4 il Qaziantepdə yaşadım və oradakı insanlar mənə öz övladları kimi baxdılar. Və bu gün onlar çətin vəziyyətə düşəndə ​​mən bu pulu xərcləyə bilmərəm”, - deyə azərbaycanlı gənc qeyd eib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »