Bizimyol.info zəbər verir ki, Türkiyəninin şəhərlərini viran qoyan zəlzələlərdən sonra televiziya və musiqi dünyasının bir çox məşhurları kömək üçün hərəkətə keçib.
Zəlzələ qurbanları üçün səfərbər olanlardan biri də Oktay Kaynarca olub.
Haluk Leventin qurduğu "The Dude" ilə ehtiyacı olan insanların köməyinə can atan Kaynarca onun adına "TikTok" hesabı açıldığını və zəlzələdən zərər çəkənlərə yardım topladığını görüncə çox hiddətlənib.
Məşhur aktyor: “Bu gün mənə bildirdilər ki, "TikTok"da mənim adıma səhifə açıb yardım toplamaq bəhanəsi ilə fırıldaq etməyə çalışan bir vicdansız var. Xahiş edirəm belə hesablara və insanlara etibar etməyin. Bu əclaflara qarşı cinayət işi açılmalıdır. Ümid edirəm ki, onları dünya gözü ilə qarşımda görəcəyəm. Bunun üçün nə gərəkdirsə, edəcəyik”, - deyə bildirib.






