Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəlzələdə əyilən bina son təbii fəlakət zamanı düzəlib - Video
Türkiyədə zəlzələdə əyilən bina son təbii fəlakət zamanı düzəlib - Video

Türkiyədə zəlzələ nə qədər binaların keyfiyyətsiz inşa edilməsi faktını ortaya çıxardı. Doğrudur, qardaş ölkədəki təbii fəlakəti son yüz ilin ən böyük geoloji qəzası adlandıran mütəxəssislər var. Amma yenə də binaların inşasındakı qüsurlara göz yummaq mümkün deyil. Sevindiricidir ki, bəzi yaşayış massivləri daha dözümlü çıxıb. Salamat qalan binalar az deyil. Üç zəlzələyə sinə gərmiş tikililər var. Bəzi binalar kiçik zərər görüb.

Bizimyol.info xəbər verir ki, Kahramanmaraşda zəlzələdə əyilən bina son təbii fəlakət zamanı düzəlib. Televiziya müxbiri Halil İbrahim Uğur canlı yayımda bu faktı səsləndirib. “Qamətini dikəltmiş” binanın ətrafındakı bütün tikililər dağılıb. Amma əyilmiş inşaat nümunəsi, əksinə, əvvəlki halına qayıdıb.

Əyilmiş binanın düzəlməsi sosial platformaların Türkiyə seqmentində lağ obyektinə çevrilib. Bina haqqında minlərlə rəy yazılıb. Tikililərin ayağa qalxmasının başqa cür mümkün olmadığı çox yerdə qeyd edilib.

Müxbirə də az irad bildirilməyib. Çünki Halil İbrahim Uğur bundan əvvəl canlı yayımda “Adıyaman normala dönür” deməklə tənqid hədəfinə çevrilmişdi. O, Kahta ilçəsində həyatın öz axarı ilə getdiyini iddia etmişdi. Müxbir buna görə sosial mediada çox tənqid olunmuşdu. Çünki həm Kahta, həm də ümumilikdə Adıyaman az zərər görməyib. Bu yerlərdə həyatın normal axarına qayıtmasını demək hələ çox tezdir.

Kahtanın adı bir neçə gün əvvəl həm də 1800 yaşı olan körpünün dağılmaması ilə bağlı çəkilmişdi. Roma imperatoru Septimiy Severin dövründən qalmış Cendere körpüsünə heç bir zərər dəyməyib. Körpüdən piyadalar Kahtaya getmək üçün istifadə edə bilir. Avtomobillərin hərəkəti hələ 26 il əvvəl qadağan olunub. Bununla əsrlərin sınağından üzüağ çıxmış körpünü qorumaq istəyiblər.

Kahramanmaraşda isə inşaat mühəndislərinin binasının ətrafdakı dağıntılar arasında salamat qalmış yeganə tikili olması ciddi müzakirə mövzusuna çevrilmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »