Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə zəlzələsini ələ salan jurnalın saytı "sındırılıb"
Türkiyə zəlzələsini ələ salan jurnalın saytı "sındırılıb"

Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələləri nifrət dolu ifadələrlə karikatura halına salan “Charlie Hebdo”nun internet saytı 20 yaşlı türk haker Yusuf Devran Karaçay tərəfindən "sındırılıb".

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki,   saytın girişinə Osmanlı marşını əlavə edən Karaçay saytın ortasında “Mən Devran Karaçay, mən bir türk gənciyəm, heç birinizdən qorxum yoxdur. Siz kiməsə istehza edə bilməzsiniz, ancaq istehza obyekti ola bilərsiniz”- ifadəsini yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Fransanın “Charlie Hebdo” jurnalı sosial şəbəkələrdə Kahramanmaraşda zəlzələ ilə bağlı istehzalı paylaşım etmişdi.

Bundan öncə isə Məhəmməd Peyğəmbərə (s) qarşı təhqiramiz məzmunlu karikaturalar dərc etmişdi.

20 yaşlı türk haker Yusuf Devran Karaçay  sayta Mustafa Kamal Atatürkün fotosu və onun həyatından bəhs edən məqaləni əlavə edib. Saytın bir çox yerinə türk bayrağı yerləşdirən haker türk bayrağının altına “Türkəm deyən nə xoşbəxtdir!" yazısını qoyub.

Qeyd edək ki, Universitetdə təhsilini davam etdirən və liseydə kibertəhlükəsizlik fakültəsini bitirən Devran Karaçay 2021-ci ildə keçirilən yarışmada 1 milyon insan arasında kiber zəka çempionu olub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »