Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan-Türkiyə sərhədinin açılması ilk növbədə Azərbaycanın əlindədir - Melkonyan
Ermənistan-Türkiyə sərhədinin açılması ilk növbədə Azərbaycanın əlindədir - Melkonyan

Ermənistan şərqşünası Sergey Melkonyan “Novosti-Armenia” Youtube kanalında yayımlanan “Xüsusi rəy” proqramında Türkiyə-Ermənistan sərhədlərinin açıqlaması mövzusunda şərh verib.

Bizimyol.info xəbər verir ki, Melkonyan müsahibəsi zamanı vurğulayıb ki, üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılmasının mümkünlüyü məsələsində, ilk növbədə, söhbət Azərbaycandan gedir ki, Azərbaycan vətəndaşları və yükləri birbaşa Türkiyəyə çata bilər.

“Aydındır ki, biz özümüz üçün heç bir diplomatik qələbə gözləyə bilmərik, çünki Ermənistan faktiki olaraq heç nə almır. Bu, Azərbaycan və Türkiyənin Ermənistan ərazisindən birbaşa əlaqə üçün istifadə etmək gündəliyidir”,- deyə o, bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın (Azərbaycanla) davamlı və sabit sülhün pozulması ssenarilərini istisna edən sənəd imzalamağa hazır olması ilə bağlı sualı cavablandıran Melkonyan qeyd edib ki, belə bir sistem yoxdur.

“Bütün sülh müqavilələri həmişə pozulub. 1000 ildir qüvvədə olan və hələ də təhlükəsizliyi təmin edən elə bir sülh müqaviləsi yoxdur, çünki həmin sənədlərdə tərəflərdən biri müqaviləni pozarsa, onların cəzalandırılacağı qeyd olunmur. Orada status-kvo sabitlənəcək, regionda faktiki olaraq Azərbaycanın xeyrinə formalaşmış balans yaranacaq”,- deyə qeyd edib.

Xatırladaq ki, Türkiyə Ermənistan Respublikasını 24 dekabr 1991-ci ildə rəsmən tanısa da, dövlətlər arasında diplomatik əlaqələr hələ də qurulmayıb. 1993-cü ildə Türkiyə Ermənistanla hava və quru sərhədlərini birtərəfli qaydada bağlayıb. Hava sərhədi 1995-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqi ilə açılıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »