Türkiyədə ötən gün axşam saatlarında baş verən iki zəlzələdə ölən və yaralananlar var.
Bizimyol.info xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
Nazir Soylu ötən gecə Hatayda baş verən zəlzələlər nəticəsində 3 nəfərin həyatını itirdiyini açıqlayıb. 294 vətəndaş xəstəxanaya yerləşdirilib.
Səhiyyə naziri Fahrettin Koca da sosial media hesabından açıqlama verib: "Hatayda yaşadığımız iki zəlzələdə 294 yaralı var. Təəssüf ki, onlardan 18-nin vəziyyəti ağırdır. İlk tibbi müdaxilədən sonra Adanaya aparılıblar.
Bütün rayonlarımızdakı Sahə Xəstəxanaları xəstələrimizə lazımi xidməti göstərməkdə davam edir.
Digər tərəfdən Antakya Qazi Məhəlləsində 4 mərtəbəli qəzalı binanın dağıntıları altında qalan 3 nəfər üçün başladılan axtarış-xilasetmə işlərində daha 1 nəfərin cansız bədəni tapılıb. Bununla da Hatayda baş verən zəlzələlərdə ölənlərin sayı 4-ə yüksəlib”, -səhiyyə naziri qeyd edib.






