Ölkəmizdəki zəlzələ bölgəsindən 10 uşağın Azərbaycana gətirilməsi ilə bağlı bəzi mətbuat orqanlarında xəbərlər yayılıb. Lakin sözügedən xəbərlərdə verilən məlumat tam deyil.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilib.
“Həmin uşaqlar zəlzələ bölgəsindən təxliyə edilən Azərbaycan vətəndaşı olan qardaşlarımızın övladlarıdır. Hamısına keçmiş olsun deyir, şəfalar diləyirik”, – məlumatda qeyd olunub.
Gaziantep’te depremi yaşayan 10’u çocuk 22 Azerbaycanlı Bakü’ye getirildi. #Azerbaijan #baku #deprem pic.twitter.com/qmTUIjXNpe
— TRT Azerbaycan (@TRTAzerbaycan) February 13, 2023






