Fevralın 6-da saat 04:17-də episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ dən sonra Elbistanda 7,6 bal gücündə ikinci zəlzələni yaşandı.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agetliyindən verilən məlumata görə, dağıntılar altında sağ qalanların xilas edilməsi davam edir.
Fəlakətin 9-cu günündə ümidlər hələ də tükənməyib. Beləki, Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agetliyindən verilən məlumata görə, 198-ci saatda Kahramanmaraşdan iki xilasetmə xəbəri gəlib.
9-cu günündə 17 yaşlı Məhəmməd Enes və onun 20 yaşlı qardaşı Abdulbaki Pınar mənzilinin dağıntıları altından sağ-salamat çıxarılıb.
Adıyamanda xilasedicilər 18 yaşlı Məhəmməd Cafer Çətinə yerini müəyyən ediblər. Xilsaetmə briqadası Məhəmmədi xilas etmək üçün işlərini davam etdirir.
Bizimyol.info






