6 Fevral Bazar ertəsi, saat 04:17, Kahramanmaraşın Pazarcık rayonunda 7.7, Elbistan mahalında saat 13.24-də baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Malatya və Kilisdə böyük dağıntılara səbəb olub.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə edilməsi Agentliyinin (AFAD)verdiyi məlumata görə, fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
AFAD-nın verdiyi son məlumata görə mərkəzi Kahramanmaraş olan zəlzələlərdə 31 min 643 nəfər insan həyatını itirib.
AFAD zəlzələdən zərər çəkmiş əyalətlərdən 158 min 165 fəlakət qurbanının başqa əyalətlərə təxliyə edildiyini bildirib. Agetliyin məlumatında qeyd edilir ki, zəlzələ bölgəsində aparılan işlərdə ümumilikdə 238 min 459 personal, 12 min 322 nəqliyyat vasitəsi və tikinti texnikası çalışır.
Fəlakət bölgəsinə kömək üçün digər ölkələrdən 9793 heyət göndərilib. Rayonda 76 təyyarə, 170 helikopter və 26 gəmi fəaliyyət göstərir.
Qadir, Bizimyol.info






